Tarix
Çingiz xanla bağlı İNANILMAZ FAKT ÜZƏ ÇIXDI: anası dul qalır və o, hökmdar olan kimi...
Çingiz xanın anası haqda nadir mənbələrdə məlumat var.
Publika.az əfsanəvi sərkərdənin anası Oelun haqda yazını təqdim edir:
Çingiz xanın anası milliyətçə monqol tayfası sayılan olxonutlu olub. Oelun adının mənası “ən gözəl” deməkdir. O, Esugey-baaturun ilk arvadı olub. Yeniyetməlik dövründə Esugey onu nişanlı olduğu digər gəncin əlindən alaraq, qaçırmışdı. Bu nikahdan cütlüyün dörd oğlu və bir qızı dünyaya gəlir. Son övladları doğulandan sonra xan dünyasını dəyişir. Hətta ən dəqiq məlumat budur ki, o, tatar tayfaları tərəfindən zəhərlənərək, öldürülür.
Beləcə, Oelun 5 uşaqla dul qalır. Tayçiut tayfasının başçısı dul qadının ərinə məxsus bütün mirasını əlindən alaraq ailəni səfil vəziyyətə salır. Bütün çətinliklərə rəğmən cəsarətli qadın övladlarını təkbaşına böyüdür, hətta böyük oğlu Çingiz xan qitə tarixində ən böyük imperiyanın əsasını qoyur.
Çingizxan monqolların hökmdarı olan kimi, ilk işi anasını ərə verib, ona 3000 hərbçi hədiyyə etmək olur. Çingiz xanın anası Oelun 1208-ci ildə dünyasını dəyişir. Monqol mənbələrində o, cəsarət, şücaət və müdriklik rəmzi kimi təsvir olunur.
Leyla Sarabi
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?
-
Avropa11:07İyun istiləri Britaniya iqtisadiyyatına neçəyə başa gəlib? - Ağır günlər irəlidədir








.jpg)































