Tarix
Şaumyanın Kəlküttədə olan evini tapdıq və... - Akademik ŞOK FAKTI AÇDI
“Çox təəssüf ki, “26-lar” adlanan abidənin qazıntısı zamanı Azərbaycanın daxilində dövlətimizə və iqtidara qarşı olan qüvvələrin bəziləri Stepan Şaumyanın tərəfinə keçərək, onu müdafiə edirdi”.
Publika.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.
O, sözügedən məsələ ilə bağlı konkret faktların olduğunu söyləyib:
“Həmin vaxtı Azərbaycan Prezidenti parkda qazıntı işlərinin aparılması istiqamətində göstəriş vermişdi. Biz tarixçilər bilirdik ki, Sahil bağındakı “26-lar” adlanan abidənin altında 26 cəsəd yoxdur. Həmin vaxtı Azərbaycan Prezidenti çox cəsarətli addım ataraq, tapşırıq verdi və orada qazıntı işləri aparıldı. Həmin ərəfədə prezident Davosa səfərə gedəndə bizə göstəriş vermişdi. Mən özüm şəxsən həmin qazıntılarda iştirak etmişəm. Qazıntı zamanı abidədən cəmi 23 cəsəd çıxdı. Müəyyən olundu ki, onların arasında Stepan Şaumyanın cəsədi yoxdur. Çünki oradan çıxarılan cəsədlər arasında 40 yaşından yuxarı cəsəd yox idi. Stepan Şaumyanın isə 40-dan yuxarı yaşı vardı. Onların arasında digər erməni terrorçuları da yox idi. Həmin dövrdə biz bunların hər birini dünyaya çatdırdıq”.
Akademik deyib ki, əldə olan tarixi sənədlərə görə, 26 Bakı Komissarları güllələndikdən sonra Stepan Şaumyan həbsxanada 10 gün yatıb: “Bu faktdır. Biz jurnalist araşdırması nəticəsində KəlküttədəStepan Şaumyanın yaşadığı evi araşdırıb ortaya çıxarmışıq. Yəni, bildirmək istəyirəm ki, Stepan Şaumyanın ifşasında Azərbaycan prezidentinin xüsusi rolu var”.
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı












.webp)


















.jpg)

