Tarix
Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən türk-islam aləmində ilk qadın millət vəkili seçilmiş, əslən azərbaycanlı olan Pərixan Sofiyeva haqqında məqalə yaradılıb.
Bu barədə Publika.az-a MEK-dən məlumat verilib.
Məqalədə bildirilir ki, Gürcüstan Demokratik Respublikası haqqında araşdırma aparan tarixçi İrakli Xvadagiani Tiflis quberniyasından seçilən deputatların siyahısında müsəlman qadının adını müəyyənləşdirib. Faktla bağlı araşdırmalarını davam etdirən gürcü tarixçi sonradan Pərixan Sofiyeva adına Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gəlib. Nəticədə türk-islam aləmində ilk millət vəkili seçilən azərbaycanlı qadın - Pərixan Sofiyeva haqqında məlumatlar müasir tarix elminə aşkar edilmiş olub. “Qarayazı anası Pərixan Sofiyeva” adlı məqaləsində İ.Xvadagiani öz fikirlərinə 1918-ci ilin payızında gürcü mətbuatında qürur hissi ilə yazılan “Çox sevindirici bir hadisəni qeyd etmək lazımdır: Səs verənlərin sayına Qarayazı dairəsindən irəli sürülən müsəlman qadın Pərixanım Sofiyeva. İlk eroba (türkcə "Yeroba" sözündəndir, Gürcüstanda o zaman yerli özünüidarəetmə orqanı belə adlanırdı) qurultayı dekabrın 2-ə təyin olunub…” sitatı ilə aydınlıq gətirir.
Araşdırmaçı Mehman İbrahimov tərəfindən gürcü dilinə tərcümə olunan məqalə gürcücə Vikipediyada da yerləşdilib. Daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı












.webp)


















.jpg)

