Tarix
Çernobıl AES-də baş verən qəzadan 32 il ötür
Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 32 il ötür. Qəza 1986-cı il aprelin 26-da olub.
XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakət olub. AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədərində olub. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb. Hadisə nəticəsində 7 minə yaxın insan həyatını dəyişib, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb.
Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv çirklənməyə məruz qalıb. Qəzadan sonra AES ətrafındakı 30 kilometrlik zonada yaşayan 115 mindən çox insan köçürülüb. Ümumilikdə, 586 min nəfər radioaktiv təsirə məruz qalıb. Onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlardır.
AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatına 7 min nəfər azərbaycanlı da cəlb edilib. Onlardan da 2000 nəfəri şüalanmadan dünyasını dəyişib. Qalanları isə ömürlük əlil olub. Çernobıl AES 2000-ci il dekabrın 15-də tamamilə bağlanıb.
Qeyd edək ki, BMT aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Gününü elan edəndən sonra 2003-cü ilin dekabrında qurumun Baş Assambleyası həmin qərarı dəstəkləyib və təşkilata üzv ölkələri həmin günü qeyd etməyə çağırıb. (report)
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı











.webp)



















.jpg)

