Tarix
Keçmişin ayaq izləri - Dünyanın ən qəribə abidəsi - - FOTOLAR
Macarıstanın paytaxtı Budapeştdə yerləşən Parlament binasının qarşısında, Tuna çayının sahili boyunca düzülmüş dəmir ayaqqabılar II Dünya Müharibəsinin macar xalqına qalan “yadigarlarıdır”.
Publika.az xəbər verir ki, 1944-cü ilin oktyabr ayında Hitler tərəfindən devrilən Macarıstan hökumətinin lideri Miklos Horti Ferençin yeri Szalasiyə verilib. Yeni dövrün başlanması ilə birlikdə Hitlerin ideologiyasını dəstəkləyən Szalasi yəhudiləri vəhşi metodlarla öldürməyə başlayıb.

Keçmişin ayaq izləri – Dəmir ayaqqabılar
Təxminən, 80 000 yəhudi Macarıstandan Avstriya sərhədinə qovulub. 20 000 yəhudi isə Szalasi hökuməti tərəfindən Tuna çayı sahilində vəhşicəsinə qətlə yetirilib. Qurbanlardan silah gücü ilə ayaqqabılarını çıxarmaları və çaya atılmaları tələb edilib. Çaya atlayan qurbanlar vurularaq qətlə yetirilib.

Xatirələr abidəsi
Bu unudulmaz qətliam uzun illər Macarıstanda yaşayan məşhur rejissor Can Toqay və heykəltəraş Qyula Pauer tərəfindən ölümsüzləşdirilib. Layihənin sahibi Can Toqay insanlıq dramına diqqət çəkmək üçün həmin günlərdən yadigar qalan xatirələri dəmir ayaqqabılar ilə ölümsüz etmək istəyib. Tuna çayı boyunca uzanan bu ayaqqabı muzeyində indi 60 cüt ayaqqabı var.
Bu abidə o dövrdə insanların şəxsiyyətinin özəlliklərindən də detallar daşıyır. Qətl edilən insanların peşəsi, şəxsiyyəti və cinsiyyəti nəzərə alınmadan necə bir dəhşətli niyyətin qurbanı olduqları bu əsərlə göz önünə sərilir. Bir kişinin çəkməsi, bir qadının hündürdaban ayaqqabıları və uşaq ayaqqabıları...

Budapeştdəki bu ayaqqabı abidəsinin düzəldilməsindən sonra Avropada həyata keçirilən yəhudi qətliamları xatırlanmağa başlanıb. Hətta Macarıstanın baş naziri 12 yaşlı oğlunu özü ilə birgə gətirərək bu abidəni ziyarət edib.
Zümrüd
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam































.jpg)

