Tarix
"Şərq"də Dilqəm Əhmədin Cümhuriyyət sərgisi keçirildi - FOTO/VİDEO
Bu gün "Şərq" qəzetinin redaksiyasında yaradılmış Mətbuat Tarixi Muzeyində araşdırmaçı- jurnalist Dilqəm Əhmədin Cümhuriyyət sərgisi keçirilib.
"Şərq” qəzetinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi "Cümhuriyyətçi jurnalistlər" layihəsi çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Xalq Cümhuriyyəti dönəminə aid sənədlər, fotolar nümayiş olunub.
Akif Aşırlı sərgini açıq elan edərək, Dilqəm Əhmədi redaksiya əməkdaşlarına və sərgi iştirakçılarına təqdim etdi: "D.Əhməd Azərbaycan Xalq Cümhuriyyəti dövrünün araşdırmaçılarından biridir. Bu şanlı tariximizlə bağlı olan nadir foto və sənədlərin, arxiv materiallarının nüsxələri Dilqəm bəyin kolleksiyasında mövcuddur. D.Əhməd İstanbulda təhsil alıb, Türkiyəyə getməzdən əvvəl də tarixi sənəd və fotolar toplayırdı. Ayrı-ayrı tarixi şəxiyyyətləri, önəmli hadisələri araşdıran D.Əhməd bu materialları qələmə alaraq kitablar da çap etdirib və mətbuatda müxtəlif məqalələrlə çıxış edib.
D.Əhməd İstanbulda təhsil aldığı müddətdə və sonra əldə etdiyi orijinal sənədlər, eksponatlar hesabına formalaşdırdığı kolleksiyasını müxtəlif zamanlarda sərgilər təşkil edərək, insanlara nümayiş etdirir. Bu mənada mən də ona belə bir sərgini, Azərbaycan Nəşriyyatında, "Şərq" qəzeti redaksiyasında həyata keçirməyi təklif etdim. Çox sağ olsun ki, təklifimizi qəbul etdi. Hər birimizin Cümhuriyyət qurucularına mənəvi borcumuz var. Lakin bu kimi sərgilərin təşkil olunması, tarixi əks etdirən materialların toplanması maddi cəhətdən çətin prosesdir. D.Əhmədin təqdim etdiyi kolleksiyada Azərbaycan Cümhuriyyəti dövrünə aid orijinal fotolar, Məhəmməd Əmin Rəsulzadənin məktubları, qəzet və jurnallar toplanıb. Ümumiyyətlə, Cümhuriyyət dönəminə məxsus ən kiçik sənəd və ya eksponat bizim üçün çox böyük dəyər hesab olunmalıdır".
Ardınca çıxış edən D.Əhməd Azərbaycan Cümhuriyyətinin 100 -cü il dönümü münasibətilə müxtəlif məkanlarda sərgilər təşkil etdiyini söylədi. Daha sonra o sərgidəki bütün foto və sənədlər barədə ətraflı məlumat verdi.
Sonda A.Aşırlı bu sərginin "Şərq" qəzeti redaksiyasında keçirilməsi ilə bağlı təklifini qəbul etdiyi üçün D.Əhmədə minnətdarlıq ifadə etdi.
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı











.webp)



















.jpg)

