Tarix
Tarixin ən dəhşətli müalicə üsulu: Başını deşir, içindəki daşı... - FOTOLAR
Müasir dövrdə texnologiya inanılmaz sürətlə inkişaf edir. Əsas da tibb sahəsində. Bir neçə əsr əvvələ qayıdanda hardan hara gəldiyimizi görüb heyrətə düşməmək olmur. Zamanla xəstəliklərin növü də dəyişir, onların müalicə metodları da.
Publika.az bu dəfə sizə orta əsrlərdə tətbiq edilən çox fərqli bir müalicə metodundan bəhs edəcək:
Tamamilə gerçək olan bu müalicə üsulu ilə tanış olanda, istər-istəməz o dövrdə doğulmadığın üçün sevinirsən.
Orta əsrlərdə qəribə bir inanc vamış. Bu inanca görə, insanların ağlını itirməsinin səbəbi başlarının içində əmələ gələn “Stone of Madness” (Dəlilik daşı) adlı daş olub. İnsanlar inanıblar ki, ağlını itirənlərin normal həyatlarına və sağlamlıqlarına qovuşmaları üçün bu daş beyindən çıxarılmalıdır.

Bəhs edilən inanc 15-ci yüzillikdə olduğu üçün xəstəliyin müalicə metodu da xəstəlik qədər qəribə və primitiv olub. Bu metod ən qədim ruhu müalicə forması olan, “trepanning” və ya “trepanation” adlanan, kəllə sümüyünün kəsilməsini tələb edən üsulun bir növüdür. “Trepanation” baş ağrıları və epilepsiya üçün də tətbiq edilən metod olub. Və bu müalicə üsuluna görə, insanın kəllə sümüyü silindir formasında olan bıçaqla deşilib.

İnanca görə, belə metoddan istifadə insanın ruhunu cin və şeytan kimi şər qüvvələrdən uzaq tutub. Bu səbəbdən “Dəlilik daşı” xəstəliyində də eyni metoddan istifadə edilib.
Ağrıkəsici, keyidici vasitələrin indiki gücdə olmadığı bir dövrdə tətbiq edilən bu metodu düşünmək belə insanı dəhşətə salır. Bu üsul zaman keçdikcə incəsənət sahəsinə də təsir edib. Bir çox rəsm əsərlərində, hekayələrdə əsas mövzuya çevrilib.
Aşağıdakı hekayə rəssam Hieronym Boş tərəfindən kətana köçürülüb.

Əlavə olaraq, 2002-ci ildə Kann Film Festivalında “ən yaxşı qısa film” seçilən “Stone of Folly” (Folli daşı) adlı 6 dəqiqəlik əsərin də ideyası məhz bu hekayədən götürülüb.
Zümrüd
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


















.jpg)

















.jpg)
.jpg)

