Tarix
Ermənilər türkdür? - Yəhudilər onların kökü ilə bağlı SENSASİYALI SİRLƏRİ AÇDI - FOTO
Ermənilərin milli kimliyi ilə bağlı zaman-zaman maraqlı
informasiyalar yayılır. Növbəti maraqlı məlumatı Beynəlxalq Əsilsiz
Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel
Gülbey yayıb.
Publika.az xəbər verir ki, G.Gülbey ermənilərin ulu
babalarının türklər olduğunu deyib.
“Tövratda diqqətçəkən bir hekayə var. Toqarma, yaxud da Torok adlı
qövm bugünkü ermənilərin atası olan qövmdür. Torokun 8 oğlu olub,
ən böyük oğlunun adı Hayos idi. Ermənilər özlərinə Hayosu (Hay) ata
hesab edirlər. Tarixdə ermənilər yox, haylar var. Və yenə də
ermənilərin yurdu Ermənistan yox, Hayastandır. Lakin bu hekayə bir
yerdə daha da diqqətçəkən olur. Hayların (yəni bügünkü ermənilərin)
atası Torokdur. Torok isə türk deməkdir. Yəni ermənilər özlərini
türk soyuna bağlayırlar. Bunun səbəbi nədir? Səbəb odur ki, tarixdə
erməni deyilən qövm ümumiyyətlə, olmayıb, bu, uydurma qövmdür. O
qədər uydurmadır ki, ermənilər Hayı öz ulu babaları
adlandırdıqlarına baxmayaraq, heç bir tarixi sənəddə haylardan bəhs
edilmir. Antik dövrün tarixçiləri Ermənistan deyilən ərazidən və bu
ərazidə yaşayan qövmlərdən bəhs edirlər, lakin onların arasında
haylar yoxdur. Torokun ikinci oğlu İber və ya Karteldir. Bizim
dilimizdə bu, gürcü deməkdir. Tarixi mənbələrdə Kartellərdən bəhs
olunur, haylardan isə yox. Burada ermənilərlə bağlı iki məqam
ortaya çıxır: birincisi, ortaq bir ata vardır, lakin bu atanın
qövmü yoxdur, ikincisi, Ermənistan deyilən yer vardır, amma
ermənilər deyilən qövm yoxdur”, - deyə ASİMDER rəhbəri
vurğulayıb.

Genetika üzrə türkiyəli mütəxəssis Osman Çataloluk Ermənistanda
2000-ci ildən başlayaraq aparılan genetik araşdırmalar nəticəsində
ermənilərin 49 faizinin türk-qıpçaq əsilli olduğunu deyib.
Onun sözlərinə görə, nəticələrdən narahat olan Ermənistan hökuməti
araşdırmanın qarşısını alıb: “Bu, əvvəldən bəlli olan bir
həqiqətdir. Xüsusilə haylar əsl erməni və qıpçaqlardan gəlmələrdir.
Genetik araşdırmalarda Gaziantepdən başlayaraq Sivas, Amasiya,
Tokat yolu ilə Samsuna gedən, buradan da Qaradəniz boyunca
Gürcüstan və Ermənistana uzanan yüzlərlə R1b – M269 mutasiyasına
rast gəlinib. Bu mutasiyanın formalaşdığı tarix eramızdan əvvəl
4700-ci illərdir. Bu tarix Subar – Şumer müharibəsinə təsadüf edir.
Şumerlərdən qaçan subar prototürklər Anadoludan keçərək burada
parçalanır. Bir qismi də Qara dəniz sahillərində yerləşir. Kut/Qut,
Hitit, İskitlər və onlardan törəyən qıpçaqların ataları bu
prototürk qrupudur. Bu həqiqət indi ortaya çıxır”.
Mütəxəssis qeyd edib ki, bugünkü Ermənistan torpaqlarında tarix
boyunca müxtəlif qəbilələr yaşayıb: “Armenia” sözü min illərdir
coğrafi yer adıdır. Yəni Ermənistan adı etnik köklə bağlı deyil.
Yalnız coğrafi bir termindir”.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş
Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin də əslində erməni
yox, türklər olması haqda tarixi faktlar mövcuddur.

Asif
-
İdman03:44Messi aldı, La Liqa klublarını ötməyə başladılar
-
Region03:18Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
-
Qoroskop01:40Günün ulduz falı: diqqətsizlik itkiyə səbəb olacaq
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var
-
Elm və təhsil20 Aprel 21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20 Aprel 20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ20 Aprel 19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp




































