Tarix
Atatürkün ömrünün son ilində 55 gün qaldığı gəmi – MUZEYDƏN REPORTAJ
1897-ci il. Osmanlı sultanı II Əbdülhəmidin izni, bəhriyyə (dənizçilik) naziri Bozcaadalı Həsən Hüsnü paşanın göstərişi ilə Osmanlının ilk dəniz muzeyi təsis edilir. Çünki Osmanlı xanədanlığı tarixi boyunca quru savaşları ilə yanaşı dəniz müharibələri ilə də məşhurdu, zamanın ən güclü donanmalarından birinə sahibdi. Həmin vaxtdan etibarən fəaliyyət göstərən dəniz muzeyi müxtəlif binalarda yerləşsə də, 1961-ci ildə İstanbulun Beşiktaş ərazisindəki indiki binasına köçüb.
***
Türkiyədəki bir çox muzey kimi dəniz muzeyi də tələbələr üçün pulsuzdur. Girişdən sonra ilk qarşımıza çıxan böyük qayıqların sərgiləndiyi salon oldu. Buradakı qayıqlar tarixinə görə nişanlanıb, hansı sultanın dönəminə aid olduğu qeyd edilib. Qoşa kürəkli, köşklü qayıqlar Sultan Əbdüləziz (1861-1876), Sultan Əbdülməcid (1839-1861), V Məhəmməd Rəşad (1909-1918) dönəmlərinə aiddir. Bu qayıqlardan sultanların ailəsi istifadə edib. Bu salonda eyni zamanda müxtəlif qayıq başlıqları, gəmi adlarının yazıldığı lövhələr və s. sərgilənir.
Muzeydə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün istifadə etdiyi 4 qayıq da sərgilənir. Bu qayıqlardan birini Atatürk Ankarada Qazi çiftliyində Qaradəniz hovuzunda, digərini Mərmərə hovuzunda, üçüncünü isə Floryadakı Prezident köşkündə istifadə edib. Sonuncu qayıq isə məşhur Savarona gəmisinə aiddir.
Dərya kapitanının bayrağı
Muzeydə bizim üçün ən maraqlı dərya kapitanı adını qazanmış məşhur
Barbaros Xızır Xeyrəddin paşanın 1534-1546-cı illərdə istifadə
etdiyi bayraq oldu. Yaşıl rəngli ipək parçanın üzərində ağ ipək
qumaşla yazılar və simvollar çəkilib. Bayrağın bir hissəsində
Quranın Səff surəsinin 13-cü ayəsi, digər üzündə isə
kəlimeyi-şəhadət yazılıb. Bayraqda 4 İslam xəlifəsinin adları,
Zülfiqar qılıncı, altıguşəli ulduzlar da həkk olunub. Saçaqlar da
daxil olmaqla bayrağın ölçüsü 214 x 295 sm-dir.
Muzeydə müxtəlif kreyserlərə aid sancaqlar da sərgilənir. Məsələn, 1903-1947-ci illərdə fəaliyyət göstərən Məcidiyyə, Həmidiyyə kreyserlərinə aid bayraqlar qaranlıq sərgi salonunda işıq saçır.
Kitablar, əlyazmalar, dalğıc geyimləri
Muzeyin kitablar, əlyazmalar bölümündə qədim Qurani-Kərim, Prussiya elçisinin xatirəsi, Osmanlı dənizçilik tarixinə aid nadir əsərlər, fotoşəkillər saxlanılır. Salonlardakı Osmanlı və Türkiyə Cümhuriyyəti dönəminə aid uniformalar, gəmi modelləri, toplar, gəmi başlıqları, dalğıc geyimləri və s. insanı donanmanın əsgəri kimi hiss etdirir.
Salonlardan biri dəniz muharibələrində şəhid olan türk əsgərlərinin xatirəsi üçün hazırlanıb. Bizim üçün ən maraqlı salon isə Mustafa Kamal Atatürkə aid oldu.
Atatürkə aid əşyalar
Atatürk salonunda Mustafa Kamala aid müxtəlif əşyalar
sərgilənir. Bu əşyalardan bir qismi onun Ərtoğrul gəmisində
istifadə etdikləridir. Bu gəmi Osmanlı dövlətinin sifarişi əsasında
İngiltərədə inşa edilib, 30 dekabr 1903-cü ildə dənizə salınıb.
1904-cü ildə təntənəli şəkildə Osmanlı bəhriyyəsinə təhvil verilib.
Həmin tarixdən etibarən bu gəmi “Səltənət gəmisi” adlanıb. 1924-cü
ildə gəminin Prezident gəmisi kimi istifadə edilməsi ilə bağlı
qərar verilib, 1 iyul 1927-ci ildə bu məqsədlə istifadə edilib.
Qurtuluş savaşını başlatmaq üçün İstanbuldan ayrılan Mustafa Kamal
8 il sonra bu gəminin göyərtəsində İstanbula geri dönüb. Sonralar
Atatürk bu gəmini xarici qonaqlarını müsafir edərkən istifadə edib.
İngiltərə kralı VIII Eduard, İordaniya kralı Əmir Abdullah, İran
şahı Rza Pəhləvi bu məşhur qonaqlardan olublar. 1937-ci ildə
gəminin istifadə müddəti bitib.
Salonda Atatürkün bu gəmidəki şərəf kamerası, gül ağacından
düzəldilmiş çarpayısı, yatağı, yorğan üzü və digər mebel dəstləri
sərgilənir, qorunur.
Atatürkün ömrünün axırlarına yaxın ona dəniz havasının xeyirli
olacağı səbəbi ilə yeni gəmi satın alınır. Almaniyada inşa edilən
Savarona gəmisi 14 iyul 1931-ci ildə dənizə endirilib. İlk sahibi
tərəfindən bir müddət istifadə edilib. 1938-ci ilin 1 iyununda gəmi
Dolmabaxça sahilinə gətirilib. Atatürk ömrünün son ilinin 55 gününü
bu gəmidə keçirib, 25 iyul 1938-ci ildə saat 01:00-da gəmidən
xəstəhal şəkildə ayrılaraq saraya gəlib.
Bu gəmi 19 noyabr 1938-ci ildə Atatürk üçün təşkil edilən cənazə
mərasiminə qatılıb.
Salonda Atatürkün bu gəmidə istifadə etdiyi iki nəfərli çarpayı, yorğan, yorğan üzü, yastıq üzü və s. əşyalar sərgilənir.
Muzeydə bunlardan başqa Atatürkün istifadə etdiyi qələm qabı, gümüş siqaret qutusu, qızıl saat, şapka, tapança və s. sərgilənir.
Dənizçilik muzeyində müxtəlif rəsm əsərləri də yer alıb, Osmanlı dənizçilik tarixinin xronoloji ardıcıllığı detallı şəkildə canlandırılıb (Teleqraf.com).
-
Elm və təhsil21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika17:28İlham Əliyev fərman imzaladı
-
Sosial17:00Əli Əsədov qərar imzaladı
-
Dünya15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır





































