SSRİ liderinin 7 illik “istirahət”i və ya həbsi - FOTOLAR
Bizi izləyin

Tarix

SSRİ liderinin 7 illik “istirahət”i və ya həbsi - FOTOLAR

Divardan isə sürgündə olan Leninin rəsmi asılmışdı. Simvolikdir, düz deyil?...

Əlbəttə ki, dünənə qədər bu siyasətin bir parçası olan insanın dilindən daxili və xarici siyasət barədə söhbətləri dinləmək imkanı bir də nə vaxt olacaqdı ki?...”

Nikita Xruşşov istefasından sonra Moskva ətrafında yerləşən bağ evində qalırdı. Şəhər ətrafı iqamətgahında keçmiş sovet lideri düz yeddi il yaşadı. Bu “istirahəti”in isə xüsusi səbəbləri vardı...

Ev dustağı...

Nikita Serqeyeviç Kremldə heç vaxt yaşamamışdı. Mərkəzi komitənin birinci katibi olduğu vaxt Xruşşov Lenin dağlarında mülklər kompleksi tikməyi tapşırmışdı. Böyük ərazi, yaşıllıq və çay...

Xruşşovu Lenin dağlarından 1964-cü ildə, hakimiyyətdən getdiyi vaxt “yola saldılar” və Moskva ətafındakı bağ evinə göndərdilər...

Xruşşov Petrovo Dalnidəki bağ evində faktiki olaraq, ev dustağı idi. Yalnız çox təcili və vacib işlərə görə bağ evini tərk edə bilərdi. Bu vacib iş yalnız səhhətlə bağlı ola bilərdi. Keçmiş sovet lideri bəzən harasa getmək arzusunu dilə gətirirdi, istək rəhbərliyə çatdırılırdı. Bu arzuya isə adətən, “yox” cavabı gəlirdi...

Xruşşovu yaxşı qoruyurdular, hətta baş katibdən də yaxşı. Amma bu mühafizənin məqsədi başqa idi...

Moskva ətrafı sürgün...

Bağ evi İstra çayının sahilində yerləşirdi. Birmərtəbəli iqamətgahın ətrafını müxtəlif ağac və gül növləri bəzəyirdi. Burada həmçinin, mühafizə işçiləri üçün kiçik ev və yay mətbəxi də mövcud idi.

Xruşşovun otağı elə də böyük deyildi – təxminən 15 kvadrat metr: iki divar demək olar ki, bütün aynanın qabağını örtmüşdü. Otaqda seyf də vardı – Nikita Serqeyeviçin oğlunun iddia etdiyinə görə, boş seyf. O cümlədən, çekistlərin hədiyyə etdiyi pistolet – gülləsiz, “hər ehtimala qarşı”...

Divardan isə sürgündə olan Leninin rəsmi asılmışdı. Simvolikdir, düz deyil?...

İstefaya çıxmamışdan qabaq Xruşşov əsasən tək gəzməyi sevirdi. İstefası təsdiq edildiyi gün isə dostu peyda oldu. Keçmiş SSRİ liderinin oğu Serqey xatırlayır: “Nahardan sonra atam gəzməyə çıxdı. Sakitcə yanında gəzirdik. Bacım Lenanın iti Arbat də bizimlə idi. Əvvəllər o, atama qarşı laqeyd idi, həmin gün isə onun yanından bir addım olsun uzaqlaşmadı. O gündən etibarən Arbat daim atamın yanında oldu”...

Xruşşovun bağ evinə qayıdaq. Qonşu istirahət evində dincələnlər keçmiş sovet liderinin burada yaşadığını öyrənmişdilər. Tezliklə Xruşşova hasardan qapı açmağa və “xalqla söhbət etməyə” icazə verdilər.

“Atam onlara keçmiş hadisələr barədə danışırdı: müharibə, Stalin, Beriyanın həbsi və ya hal-hazırki beynəlxalq məsələləri şərh edirdi. Hamı nəfəs dərmədən onu dinləyirdi. Əlbəttə ki, dünənə qədər bu siyasətin bir parçası olan insanın dilindən daxili və xarici siyasət barədə söhbətləri dinləmək imkanı bir də nə vaxt olacaqdı ki?...

Vladimir Vısotski Xruşşovun yanında neyləyirdi?

Qeyd etdiyimiz kimi, keçmiş sovet liderini bağ evinə göndərildiyi birinci il ancaq xəstəxanaya getməyə icazə verirdilər. Sonradan ona sərgiyə, teatra getməyə də izn verdilər. Kinoya isə evdə baxırdı. Xruşşov əsasən təbiət haqda sənədli filmlərə baxmağı sevirdi.

Keçmiş kolleqaları Xruşşova baş çəkmirdi. Bir vaxtlar onun yanında çalışmış xüsusi xidmət idarəsinin işçilərinə də bura gəlmək qadağan olunmuşdu.

1970-ci ildə Xruşşovun nəvəsi özü ilə aktyor və ifaçı Vladimir Vısotskini qonaq gətirdi. Bu ziyarətin məqsədi - Xruşşovla Visotskinin nə barədə söhbət etmələri məlum deyil.

Xruşşovun oğlu Serqey bir tək bunu qeyd edir: “Vısotski özü ilə gitara gətirməmişdi”.

Üstəlik onun ifa stilini keçmiş SSRİ lideri çətin ki, bəyənərdi. Xruşşovun nəvəsi isə görüşü belə izah edir: “Vısotski babamla mahnılarını müzakirə edir və ondan məsləhət alırdı”.

Bu görüşü bir neçə cür şərh edirlər. Ancaq bir ortaq nöqtə var: Keçmiş birinci katib Vısotskinin mahnılarını tanımırdı və ona bu barədə heç cür yardımçı ola bilməzdi...

Birinci katibin bostanı...

Yaşa dolmuş Xruşşovun yeni əyləncəsi peyda olmuşdu – kənd təsərrüfatı.

Mühafizəçi Mixail Titkov xatırlayır: “İşə gəlirəm, o isə deyir: “Gəl, qarağat əkək!” ...

Onunla xiyar və pomidorlar üçün istixana da düzəltmişdik, mənə dedi: “Mixail, xiyar çıxan kimi, birincisini sənə verəcəm”. Sözünün üstündə də durdu: “Mixail, mən sənə söz vermişdim. Budur, əziyyətinin bəhrəsi”...

Xruşşov istixanada pomidor, xiyar, açıq havada isə qarğıdalı, şüyüd, kartof, qırmızı turp becərirdi.

Xruşşovun həvəskar fəaliyyəti 1971-ci ilin yazına qədər davam edir. Nikita Serqeyeviç bərk xəstələnmişdi, 77 yaşını qeyd edən keçmiş SSRİ lideri bağla gəzərək öz-özünə söyləyir: “Həkim işləməyə icazə vermir, odur ki, bu il bostanımız olmayacaq”.

Xruşşovun ömrünə yarım il qalmışdı...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm