Tarix
Stalinin Çörçillə bağışladığı "QIRIQ LƏYƏN" - Dünya Müharibəsinin gedişini dəyişdirən ŞOK FAKTLAR
SSRİ lideri İosif Stalin 1943-cü ildə keçirilən Tehran Konfransında Böyük Britaniyanın baş naziri Uinston Çörçillə doğum günü hədiyyəsi olaraq papaq, hekayə qəhrəmanlarının farfor fiqurları və Aleksandr Puşkinin “Balıqçı və balıq haqqında nağıl” kitabını verib.
Publika.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidməti (FSO) sədrinin məsləhətçisi Sergey Devyatov Tehran Konfransının 75-ci ildönümü münasibətilə rus mediasına müsahibəsində açıqlayıb.
“Çörçillin Puşkinin sənətinə aşina olduğunu sanmıram, amma rusiyalı mütəxəssislər ona qırıq ləyənlə (“Balıqçı və balıq haqqında nağıl”da bəhs edilən qırıq ləyən nəzərdə tutulur - red.) nəyin işarə verilmək istədiyini, yəqin ki, izah ediblər” -, Devyatov deyib.
Qeyd edək ki, Tehran konfransı 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində antihitler koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Uinston Çörçillin (Böyük Britaniya) iştirakı ilə keçirilib.
Bu konfrans İkinci dünya müharibəsinin gedişində diplomatik mübarizədə xüsusi yer tutur. Avropada ikinci cəbhənin açılması haqqında məsələ konfransın işində mühüm yer tutub.Tehran konfransına qədər Çörçill müxtəlif bəhanələrlə ikinci cəbhənin çağırılmasını gecikdirib. Ancaq Qırmızı Ordunun 1943-cü ilin yayında Kurskda əldə etdiyi zəfərdən sonra SSRİ-nin təkbaşına Almaniyaya qalib gələcək potensialının olduğu üzə çıxıb. Bu səbəbdən, beynəlxalq arenadakı mövqeyini itirməmək üçün ikinci cəbhənin açılması Böyük Britaniya üçün vacib oldu. Çörçill müharibənin son günlərinə qədər Qırmızı Ordunun zəfər çalmaması üçün əlindən gələni edib, ancaq uğursuz olub. Savaşdan sonra SSRİ geosiyasi təsirini artırıb. Eyni zamanda, 300 il boyunca “dənizlərin hakimi” hesab edilən Böyük Britaniya imperatorluğun çöküşündən sonra bu statusunu itirib.
Zümrüd
-
Digər16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
-
MDB15:14Məşhur çimərlikdən istifadəyə qadağa qoyuldu - Sanitariya problemləri var
-
Magazin214:28Məşhur rus aktyoruna alkoqol qadağası qoyuldu
-
Yaxın Şərq14:08İsraildə terror oldu: Ölən və yaralananlar var
-
Ekologiya12:35Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
Region11:56Ermənistanda seçkilər zamanı texniki nasazlıqlar yarandı
-
Ekologiya11:06Azərbaycanın bu ərazisinə qar yağdı - Faktiki hava






































