Tarix
Hitlerin intiharı şahid tərəfindən anbaan təsvir edildi
Rohus Miş adlı şəxs müəllifi olduğu “Hitlerin son
şahidi” kitabında onun ölümü ilə bağlı bütün faktları su üzünə
çıxarıb.
Publika.az xəbər verir ki, ingilis dilində yayımlanan
kitabda bır sıra sensasiyalı faktlardan bəhs olunur.
Belə ki, Miş Adolf Hitleri və Yeva Braunu intiharlarından
sonra görən ilk şəxsdir. Rohus özü isə 2013-cü ildə 96 yaşında
dünyasını dəyişib.
Müəllif kitabda Hitler və Braunun ölümdən öncəki son
dəqiqələrini də təsvir edir. Hitlerin keçmiş cangüdəni olan Miş
Braunun ayaqlarının divanın altında qeyri-təbii şəkildə
gizləndiyini yazır. Hitler Braundan əvvəl ölmüşdü. Gözləri isə açıq
idi.
Xatırladaq ki, Hitler intihar edəndə Miş qonşu otaqda idi.
Güllənin səsini eşidib, yan otağa qaçır, amma artıq çox gec olur.
Miş özü düz 10 ilini əmək düşərgəsində keçirdib. Sonra isə Belinə
qayıdıb, ömrünün sonuna qədər zərgərlik mağazasında çalışıb.
Leyla Sarabi
Oxumağa davam et
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz





















.png)

















