Tarix
Gürcülər üçün canından keçən azərbaycanlı, erməni qatilə ucaldılan abidə - FOTO
Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan Ənvər Hümbətov, digər isə Abxaziya və Qarabağda dinc insanları öldürdüyünə görə heykəli qoyulan Mixail Avakiyan!
Gürcü-Abxaz müharibəsi zamanı Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən yüzlərlə azərbaycanlı olub. Sosial şəbəkələrdə Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan Ənvər Hümbətovla bağlı paylaşım diqqətimiz çəkdi.
Əslində Ənvər Hümbətov kimdir?
Gürcüstanın və Azərbaycanın igid oğlu ilə bağlı qısa araşdırma apardıq. Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi Ərəstü Həbibbəyli qələmə aldığı “Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə erməni Baqramyan batalyonu ilə Borçalı azərbaycanlıları üz-üzə” analitik yazısında qəhrəmanın adını çəkir. Daha sonra soydaşlarımızın qəhrəmanlığı ilə bağlı Tbilisi Texniki Universitetinin assistent-professoru David Maysuradzenin gürcü dilində “Vətən oğulları” kitabında da qəhrəman haqqında məlumat verilib.
Marneulidən Ənvər Hümbətov 30 dekabr 1994-cü ildə ölümündən sonra Gürcüstanın dövlət mükafatı – "Vaxtanq Qorqasali'' ordeninə layiq görülüb.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri Ənvər Hümbətov haqqında geniş məqalə yaradıblar.
https://az.wikipedia.org/wiki/%C6%8Fnv%C9%99r_H%C3%BCmb%C9%99tov
Hətta gürcü ictimaiyyətinə tanıdılması üçün müstəqil araşdırmaçı Mehman İbrahimov tərəfindən qəhrəman haqqında gürcü “Vikipediya”sında məqalə yaradılıb.
P.S. Yaxşı olardı ki,Gürcüstan höküməti belə oğullara heykəl qoyardı. Bu addım Azərbaycan-Gürcüstan əlaqələrində sarsılmaz körpü rolunu oynayırdı.

-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz





















.png)

















