Tarix
Azərbaycanlı jurnalistin Xocalı dəhşətlərindən bəhs edən yazısı İtaliya mediasında - FOTO
Azərbaycanlı jurnalist Cavid Şahverdiyevin İtaliyanın
tanınmış www.riverflash.it
saytında Xocalı soyqırımı ilə bağlı geniş yazısı dərc
edilib.
Publika.az-ın xəbərinə görə, yazıda Ermənistan
ordusunun rus əsgərləri ilə birlikdə 1992-ci il 25-26 fevral
tarixlərində Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edilib.
Xocalıda vəhşiliklə qətlə yetirilən, itkin düşən, əsir götürülən və
yaralanan soydaşlarımızla bağlı statistik rəqəmlər göstərilməklə
yanaşı, öz kitabını qardaşı və terrorçu Monte Melkonyana həsr etmiş
Markar Melkonyan adlı erməni müəllifinin dəhşətli etirafları da yer
alıb.

Yazıda həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq
siyasətinin davam etdirdiyi, işğal etdiyi ərazilərdən çıxmadığı,
əksinə hər gün atəşkəs rejimini pozduğu və hətta mülki
azərbaycanlıları güllələdiyi də göstərilib.
Qeyd olunub ki, hər il bütün dünya azərbaycanlıları bu qırğını anır
və 27 il əvvəlki dəhşətli gecədə baş verənlər barədə beynəlxalq
ictimaiyyəti məlumatlandırmaqda davam edir. "Xocalıya ədalət!"
Beynəlxalq kampaniyası səviyyəsində dünya ictimaiyyəti Xocalıda
törədilən erməni vəhşilikləri ilə tanış olur. Vurğulanır ki,
Ermənistan tərəfindən törədilmiş Xocalı hadisələri və digər
cinayətlər bəşəriyyətə qarşı cinayət kimi hesab edilməlidir və bu
cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən siyasi və hüquqi
qiymət almalıdır. BMT Təhlükəsizlik Şurasının işğal olunan
Azərbaycan ərazilərindən Ermənistan Silahlı dəstələrin çıxarılması
ilə bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməməsi, eyni
zamanda Qərb və bir neçə beynəlxalq təşkilatın ermənilərin
işğalçılıq siyasətinə göz yumması da azərbaycanlı jurnalistin
yazısında qeyd edilib.

Xatərladaq ki, C.Şahverdiyev QHT sədri olmaqla yanaşı "Xalq
Cəbhəsi" qəzetində çalışır.
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz





















.png)

















