Tarix
Cümhuriyyətin elan edildiyi bina təmir olunacaq
Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu bina bərpa olunacaq.
Report xəbər verir ki, Tiflis İnkişaf Fondu indiki “Gənclər sarayı” kimi fəaliyyət göstərən binanın yenidən qurulması ilə bağlı tender elan edib.
Tenderdə iştirak etmək istəyən şirkət mədəni irs abidələrinin bərpa olunmasında təcrübəyə malik olmalıdır.
Təkliflərin qəbulu fevral ayının 11-də başa çatacaq. Tenderdə qalib gələcək şirkət Tiflis İnkişaf Fonduna 10 dekabr 2019-cu il tarixinə qədər hazır layihə təqdim etməlidir.
“Gənclər sarayı”nın bərpa olunması işlərinə, ümumilikdə, 600 min lari (227 min dollar) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Saray Tiflisin mərkəzi Rustaveli prospekti 6 ünvanında yerləşir. 1918-ci il mayın 28-də məhz bu binada AXC-nin müstəqillik bəyannaməsi oxunaraq, Şərqdə ilk demmokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Binada AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz





















.png)

















