Tarix
Müqəddəs ana, yoxsa qəddar qadın? - 14 yaşlı qızı aborta görə...
Vatikan növbəti qatili rəsmi şəkildə müqəddəs elan edib. Əslində isə müqəddəs donu geyinən Tereza Ana qəddar və hiyləgər qadın idi. Onun ucbatından minlərlə insan əzaba düçar olmuşdu.
Tereza “ölüm evləri”ndə saxladığı çarəsizlərə ağrıkəsici dərmanlar verməyi qadağan etmişdi. Orada yatan xəstələr ağılagəlməz səbəblərdən ölürdülər.
Mafioz Brusko deyirdi ki, Tereza ana müqədəsdirsə, mən də İsa Məsihəm.
Roma Papası Frensisk Romanın Müqəddəs Pyotr meydanına dəvət olunmuş minlərlə insanın önündə Tereza ananı müqəddəs elan etdikdən sonra bu qadının qaranlıq keçmişi haqda şayiələr yayılmağa başladı. Bəs əslində Aqnes Qoce Boyaciu adlı saxta müqəddəs kim idi?
Publika.az xəbər verir ki, 1910-cu ildə varlı alban ailəsində doğulan Tereza ana uşaqlıqdan slavyan xalqlarına qarşı nifrətlə böyüyüb və qəlbində onları məv etmək arzusu aşıb-daşırdı. Hətta atası da slavyanlara qarşı təşkilatın üzvü olduğuna görə qətl edilmişdi. Tereza ana serb dilində çox gözəl bilsə də Yuqoslaviyaya səfərlərində hər zaman qəsdən tərcüməçinin köməyindən istifadə edirdi.
Hazırda Makedoniyanın paytaxtı olan doğma şəhərinə qarşı münasibəti də mübahisəli idi. 1963-cü ildə Skopyedə zəlzələ baş verir. Təbii fəlakət nəticəsində 1000-dən çox insan ölür. O, öz rahibə ordeninin maddi gəlirindən zərərçəkmişlərə yardım etməkdən boyun qaçırır.
Tereza ana ölüm evində müalicə alan xəstələrə deyirdi: "Kasıblar öhdələrinə düşəni doğru qəbul etməlidirlər. Xaça mıxlanmış İsanın əzablarını duymalıdırlar. Dünya bu əzablar üzərində dönür. Acılarınız İsanın sizi öpməyinə bərabərdir".
Kasıbın acılarına müqəddəs don geyindirən Tereza özü xəstələnəndə isə qurduğu tibbi müəssisələrin xidmətindən imtina edib, Kaliforniyanın ən bahalı klinikasında müalicə almağa gedir. Görünür İsa ilə öpüşmək istəmirdi müqəddəs ana...
Tereza adlı qadın özünə sərf edən həyat həqiqətlərindən bir anda vaz keçirdi. Məsələn, o, abortlara qarşı idi. Hətta 1979-cu ildə Nobel mükafatının təqdimatında bildirir ki, dünyanın ən böyük təhlükəsi abortlardır. Bu, birbaşa savaş, insanların ana əlindən məhvi deməkdir. Bir müddət sonra rəfiqəsi İndira Qandi Hindistanda zorlanmış kasıbların sterlizə edilməsi qanununu qüvvəyə mindirəndə, o, bu kampaniyanı təsdiqlədi. 1993-cü ildə isə zorlandığı kişidən hamilə qalan 14 yaşlı qızı aborta görə cəzalandırdı.
Bütün dünyanı dolaşan Tereza boşanmaları günah saydığını bildirsə də, rəfiqəsi şahzadə Diana boşananda, ailədə sevgi tükənibsə, bu qərarın doğru olduğunu qeyd etdi.
Tereza adı ilə tanınan qadının həyatından daha gizli faktları yaxın günlərdə təqdim edəcəyik.
Leyla Sarabi
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

