• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

Ermənilərin türk banklarına basqını: Qaro necə səfir oldu?

  • Tarix
  • 24 Aprel 2021 15:48
  • 1 082 Baxış
Ermənilərin türk banklarına basqını: Qaro necə səfir oldu?

19-cu əsrin ikinci yarısından etibarən Osmanlı İmperiyasında yaşayan ermənilər içərisində milliyyətçilik yayılmağa başlayır. Xüsusilə erməni Qriqoryan kilsəsinin “din adamları” bu ideyanın ermənilər tərəfindən mənimsənilməsi üçün əllərindən gələni edirlər.

Ermənilər 1890-1896-cı illərdə İstanbulda və Anadolunun müxtəlif bölgələrində 40-a qədər siyasi motivli terror hadisəsi, eyni zamanda üsyanlar təşkil edib. Bu terror hadisələrindən biri də məşhur Osmanlı Bankına edilən silahlı hücumdur.

Publika.az Kult.az-a istinadla ermənilərin Daşnaksütyun terror təşkilatı tərəfindən Osmanlı Bankına təşkil edilən silahlı hücum haqda maraqlı məlumatları təqdim edir:

Müstəqil bir erməni dövləti qurmaq üçün hərəkətə keçən ermənilər böyük güclərin dəstəyi və müdaxiləsi olmadan bu arzularına çata bilməyəcəklərini yaxşı başa düşürdülər. Lakin ermənilərin diplomatik təmasları ilk başda istədikləri kimi uğurlu olmadı. Berlin Konqresi ilə başlayan diplomatik təmasların fayda vermədiyini görən ermənilər daha radikal bir yola - terrora əl atdılar.

Ermənilər xüsusilə Britaniya və Rusiya kimi dövrün böyük güclərinin diqqətini cəlb etmək üçün 1896-cı ildə Osmanlı Bankına Armen Qaronun (Karakin Pastırmacıyan) rəhbərliyində Daşnaksütyun terror təşkilatı (o dövrdə hələ partiya deyildi) üzvləri ilə birlikdə silahlı hücum təşkil edir.

Hücum 26 avqust 1896-cı ildə saat 13:00-da baş verib. Armen Qaro bununla maliyyə baxımından yaxşı vəziyyətdə olan Osmanlı İmperiyasını daxildən zərbə vurmaq istəyirdi. Silahlı hücumda Armen Qarodan başqa daha 25 terrorçu iştirak etmişdir.

Əl bombaları, dinamit və tapançalarla silahlanan terrorçulardan 9 nəfəri bankın mühafizə xidmətinin işçiləri tərəfindən öldürülür. Öldürülənlər arasında hadisələrin təşkil edilməsində böyük rolu olan Papken Siuni də olur. Papken Siunin öldürülməsindən sonra silahlılara rəhbərlik Armen Qaronun əlinə keçir.

Osmanlı Bankına hücumdan sonra İstanbul şəhərində yaşayan türklər və ermənilər arasında münasibət gərginləşir. Hadisədən bir neçə gün sonra tərəflər arasında atışmalar başlayır. Hadisə zamanı Osmanlı Bankının rəhbəri Edqar Vinsent terrorçu ermənilərlə danışıq aparmaq məqsədilə Rusiyanın Osmanlı İmperiyasındakı səfirinə müraciət edir. Rusiya səfiri erməni əsilli diplomat Maksimova məsələ ilə məşğul olmaq göstərişini verir.

Maksimov hər iki tərəflə görüşür. Maksimovun səyləri nəticəsində ermənilərin xeyrinə razılıq əldə olunur. Belə ki, erməni terrorçular Osmanlı İmperiyasının sərhədlərini tərk edəcəkləri təqdirdə heç bir təqibə məruz qalmayacaqlarına təminat alırlar. Terrorçular Edqar Vinsentin şəxsi gəmisi ilə şəhərdən ayrılırlar. Bir neçə gündən sonra terrorçular Fransanın Marsel şəhərinə çatırlar.

Armen Qaronun sonrakı fəaliyyəti

Armen Qaro (Karekin Pastırmacıyan) 1908-ci ildə yenidən İstanbula qayıdır. Geri qayıtdığı gündən “siyasi”, realda isə terrorçu fəaliyyətinə davam edir. 1908-1912-ci illərdə Osmanlı Meclis-i Mebusanında (parlamentində) Ərzurum millət vəkili olaraq fəaliyyət göstərir. 1915-ci ildə Vanda başladılan erməni üsyanına rəhbərlik edir. Armen Qaro 1918-ci ildə Ermənistanın ABŞ səfiri təyin edilir.

Qeyd edək ki, Armen Qaronun ABŞ-da səfir olması erməni diasporunun və lobbisinin bu ölkədə yaranması və güclənməsinə səbəb olur.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR