Tarix
Əhməd Cavad güllələnməyib – Nəticəsi faktları açdı
Bu gün Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın anım günüdür.
Publika.az Əhməd Cavadın nəticəsi Cavad Axundzadənin Kult.az-a müsahibəsini təqdim edir:
- Əhməd Cavadın ölümündən 84 il keçir. Onun adını daşımaq necə hissdir?
- O, əzəldən canını Azərbaycan torpağına qurban dedi. 45 illik ömrünü təmiz vicdanla yaşadı. Bu həyatda haqq işi uğrunda şərəfli ölümü hər şeydən üstün tutdu. Ulu nənəm olan Şükriyyə mənim adımı Cavad qoyub. Bu gün Əhməd Cavadın adını daşımaqdan qürur duyuram. Ulu babamım əziz xatirəsini dərin ehtiramla anıram.
- Əhməd Cavadın ölümü barəsində müxtəlif söyləntilər var. Əsas gerçəkləri sizdən eşitmək istərdik.
- Əhməd Cavadın ölümü ilə bağlı Şükriyyə nənəmin də dedikləri var. Yadımdadır, 2010-cu ildə əlimə bir jurnal keçdi. Milli Məclisin jurnalı idi. Orada qeyd edilmişdi ki, Əhməd Cavad oktyabrın 12-dən 13-ə keçən gecə güllələnməyib, ondan 1 gün öncə işgəncələr nəticəsində dünyasını dəyişib. Həqiqətən belə bir şey var idi. O, 5 iyun 1937-ci ildə DTK-nın IV şöbəsinin rəisi Ağasəlim Atakişiyev tərəfindən ilk dəfə dindirilib. Əhməd Cavadın istintaqını vəhşiliyi, qansızlığı, rəhmsizliyi ilə məşhur olan DTK-nın baş leytenantı Qvozdev aparıb. Əsas işgəncə verənlərdən biri o olub. 1956-cı ildə Mircəfər Bağırovun məhkəməsi gedərkən Moskvadan prokurorluq işçisi Şevtsov gəlib. O, DTK generalı Atakişiyevdən Əhməd Cavadın mühakiməsində hansı “xidmətləri” göstərdiyini soruşur. Atakişiyev cavab verir ki, Əhməd Cavadın aqibətinin necə olduğu yadında deyil. Onda Şevtsov deyir: "Умер под пыткой”, yəni işgəncələr nəticəsində ölüb. Bilmirəm, sonradan Atakişiyevi harada dəfn elədilər. Elələrini heç dəfn etmək də lazım deyil. Bu, mənim şəxsi emosional fikrimdir. Amma yəqin ki, tək mənim yox. Nəticə olaraq, Əhməd Cavad işgəncələrlə öldürülüb. Onu divara söykəyib güllələməyiblər. Ona dəhşətli işgəncə veriblər. Müxtəlif mənbələrdə yazılıb ki, müstəntiqlər Əhməd Cavadı sorğu-suala tutarkən ona oturmağa icazə vermirdilər. Müstəntiq çıxandan sonra növbə dəyişirdi. Digər müstəntiq gəlirdi. Əhməd Cavad yorulurdu, əsəbləri dözmürdü. Əhməd Cavadın böyük oğlu Niyazi Axundzadə söhbətlərində bildirmişdi ki, hökumət adamları bizə atamı siyasi dustaq olduğu üçün yazışmaq hüququ olmayan sürgünə göndərdiklərini deyirdilər. Amma sən demə, atamı elə həmin günlər Bakıda, NKVD zirzəmisində döyə-döyə öldürüblərmiş. Bu, bizə çox sonralar məlum oldu.
- Əhməd Cavadın Gəncədə yaşadığı evin qarşısından baryer yoxa çıxmışdı. Nəticəsi nə oldu?
- Bu məsələnin işıqlandırılmasında sizin saytın rolu və əziyyəti danılmazdır. Sizin sayənizdə bu gün həmin lövhə artıq hazırdır. Lövhənin açılışına dəvət olunmuşdum. Müəyyən problemlərə görə açılışa gedə bilmədim. Tədbir təxirə salındı. Yaxın günlərdə Gəncədə Əhməd Cavadın lövhəsinin açılışı olacaq. Gəncə şəhər icra başçısı və digər rəsmi şəxslər iştirak edəcəklər.
- Əhməd Cavadın ev muzeyinin olmaması ilə bağlı müraciət etmişdiniz. Hazırda bununla bağlı işlər görülür?
- Şəmkirdəki evi ilə bağlı sosial şəbəkələrdə fotolar yayılmışdı. Gedib həmin evə özüm baxdım. Orada heç daxma da yoxdur. Göstərilən ev o ev deyil. Həmin evin yerində müəyyən daşlar qalıb, ev muzeyi üçün yararlı deyil. Elə ucqar yerdə yerləşir ki, bilmirəm, burada ev muzeyi necə olar. Lakin Əhməd Cavadın Bakıda Filarmoniya ilə üzbəüz evi var. İkinci mərtəbədə onun mənzili olub. Qarşısında lövhəsi də var. Növbəti həbsindən sonra bu evi Əhməd Cavaddan alıb başqasına veriblər. Hazırda orada başqaları yaşayır. Sonradan Əhməd Cavad İçərişəhərə köçüb. “Karvansaray” deyilən restoran var, onun ikinci mərtəbəsi Əhməd Cavadın evi idi. Gedib həmin evə baxdım. Qapıları bağlıdır. Çöl tərəfdən giriş tapılmadı. Ev muzeyi kimi həmin yer daha münasibdir. Hazırda bu barədə Mədəniyyət Nazirliyinə təkliflərimi vermişəm. Bununla bağlı nazirliyə dəvət olunmuşam. Bu məsələyə böyük diqqətlə yanaşırlar. Hər kəsə təşəkkürümü bildirirəm.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...