Tarix
Tomas Qolts DƏHŞƏTLİ FAKTLARI AÇDI: Ermənilər bir azərbaycanlının boğazını kəsmişdi, digərinin...
Azərbaycan 30 il ərzində işğal altında olan ərazilərini azad edəndən sonra tədqiqatçılar 1988-1994-cü illərdəki münaqişə zamanı itkin düşmüş hesab edilən 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı informasiyalar əldə etməyə çalışırlar.
“Eurasia Review” yazır ki, 1994-cü ildə amerikalı hərbi jurnalist Tomas Qolts ermənilərin əsir və girov götürdükləri azərbaycanlıları evlərində qul kimi işlətdiklərini yazırdı. Əsirləri hərdən ərzağa, yanacağa, hətta öldürülən ermənilərin meyitlərinə dəyişdirirdilər. Onları bir çox hallarda qətlə yetirirdilər və meyitlərini təhqir edirdilər.
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan beynəlxalq insan haqları təşkilatlarının Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən Cenevrə konvensiyasının tələblərinin pozulmasına dair sorğusuna cavab verməyib, iddia edib ki, onun ölkəsi bu münaqişənin tərəfi deyildi. Baxmayaraq ki, Ermənistanın Qarabağ separatçılarına dəstəyinə dair çoxsaylı dəlillər-sübutlar təqdim olunmuşdu.
Əsirlərə qarşı vəhşilik hallarından biri Yerevanda 8 azərbaycanlı əsirə qarşı baş vermişdi. Beynəlxalq Qırmızı Xaç məlumat almışdı ki, bu əsirlər “qaçmağa cəhd edərkən” öldürülüblər. Onların meyitləri ölüm səbəbi məlum olmayan daha iki əsgərin meyiti ilə birlikdə Azərbaycana təhvil verilmişdi. Qolts yazır ki, meyitlərin müayinəsi zamanı onların yaxın məsafədən açılan atəşlə öldürüldüyü müəyyən edilmişdi: 6 nəfəri başından güllələmişdilər, birini isə sinəsindən. Daha bir əsirin boğazı kəsilmişdi, iki nəfərin isə qulağını kəsmişdilər. Meyitlərdən birinin isə qarnı yarılmışdı. Meyitlərin müayinəsi üçün Bakıya gedən britaniyalı məhkəmə-tibb ekspertinin rəyinə görə belə yaralar “qaçmağa cəhd edərkən” güllələnən şəxslərdə ola bilməzdi. Müvafiq sübutlar təqdim ediləndən sonra Ermənistanda iddia etmişdilər ki, əsirlər “kütləvi şəkildə intihar ediblər”, görəndə ki, qaçmaq cəhdləri alınmayıb, mühafizəçinin tapançasını əlindən alaraq özlərini güllələyiblər.
Ermənilər tərəfindən törədilən cinayətlərin əksəriyyətinə o zaman Qərb siyasətçiləri, KİV-ləri və ekspertləri heç bir əhəmiyyət vermirdi. “The Washington Post” yazırdı ki, ATƏT komissiyasının üzvlərindən birindən azərbaycanlı əsirlərin öldürülməsi barədə soruşanda o deyib: “Ölü azərbaycanlılara görə səs-küy qaldırmaq Vaşinqtondakı siyasətçilərə sərfəli deyil”.
Tomas Qolts yazır ki, ABŞ azərbaycanlıların əsirlikdə öldürülməsinə heç məhəl qoymaq niyyətində deyildi, onlar Rusiya ilə birlikdə Ermənistanın tərəfində idilər. Xüsusən də ABŞ və Fransadakı güclü erməni lobbisi KİV-lərə, Qərb hökumətlərinə təsir göstərirdilər, insan haqlarına dair ancaq öz mövqelərini yeridirdilər və günahı Azərbaycanın üzərinə atırdılar. Ona görə də birinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən azərbaycanlı əsirlərə qarşı törədilmiş cinayətlərə dair qərb KİV-lərində məqalə tapmaq olduqca çətindir. (virtualaz.org)
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO