Azərbaycanın neçə rayonu işğal edilib?
Bizi izləyin

Tarix

Azərbaycanın neçə rayonu işğal edilib?

İşğal edilmiş torpaqlarımız haqqında çox hallarda səhih məlumatlara rast gəlmirik.

Yaşadığımız informasiya və internet əsrində Azərbaycanla bağlı ən həssas məqamlardan biri olan işğal edilmiş torpaqlarımız haqqında çox hallarda səhih məlumatlara rast gəlmirik. Uzağa getmədən deyək ki, son 20 ildə Azərbaycanın işğal olunan əraziləri barədə nə məktəblərimizdə mükəmməl məlumatlar verilir, nə də əksər rəsmi və qeyri-rəsmi qurumların internet səhifələrində. İnternet bilgisi olan hər kəs axtarış saytlarında "işğal olunmuş rayonlar" yazsa, bunun şahidi ola bilər. Əksər şagirdlər də işğal olunan ərazilərimizi sadalaya bilmirlər. Hətta Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun http://www.istoriya.az/rayonlar.php saytı yanlış olaraq 10 işğal rayonunun siyahısını verib.

Müasir İnkişaf İctimai Birliyi (MİİB) Azərbaycanın itirilmiş əraziləri barədə xüsusi məlumat hazırlayıb. Birliyin üzvü, tarixçi Tariyel Faziloğlu bildirir ki, baş verən yanlışlığı aradan qaldırmaq üçün bir çox rəsmi dairələrə müraciət ediblər və hətta həmin məlumatı onlara göndəriblər də. Lakin yanlışlıqlar nədənsə aradan qaldırılmayıb.

Yeri gəlmişkən, maraqlı olduğunu nəzərə alaraq MİİB-in hazırladığı və uluturk.info saytında yerləşdirdiyi məlumatı oxuculara da təqdim edirik.

1813-1828-ci illərdə baş vermiş müharibələr nəticəsində Çar Rusiyası Qacar dövlətinin Araz çayından şimal sahilindəki ərazilərini (130 min kv. km) işğal edib. İşğal nəticəsində təxminən 1,8 mln kv. km olan ərazimiz iki hissəyə bölünüb.

* İşğaldan sonra Qacar dövlətinin Araz çayından cənubdakı ərazisi, təxminən - 1,65 mln kv. km;

* Qacar dövlətinin Çar Rusiyası tərəfindən işğal olunmuş Araz çayından şimaldakı ərazisi, təxminən - 130 min kv. km;

* 1918-ci ildə təzyiq nəticəsində ermənilərə verilən İrəvan xanlığının ərazisi, təxminən - 9 min kv.km;

* 1918-ci il hadisələri zamanı Rusiyada qalmış Dərbənd xanlığının ərazisi, təxminən - 7 min kv. km;

* 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ərazisi - 114 min kv.km;

* 1920-ci ildə AXC-ni işğal etmiş Sovet Rusiyası tərəfindən bölüşdürülmüş Azərbaycan əraziləri (Ermənistan SSR-ə verilənlər- Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican, Ağbulaq, Vedi…, Gürcüstan SSR-ə verilən - Borçalı) təxminən - 27,4 min kv.km;

* 1920-1991-ci illərdə Sovet Rusiyasının işğalı altında olan Azərbaycan SSR-in ərazisi - 86,6 min kv.km.

1990-cı illərdə Azərbaycan Respublikasının Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı separatçı erməni silahlıları tərəfindən işğal edilmiş əraziləri:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

* Naxçıvan ərazisi, 2 kənd (19 yanvar 1990-cı il, Kərki k-di; 17 fevral 1990-cı il, Günnüt k-di), sahəsi - 19 kv. km;

* Xankəndi ərazisi (26 dekabr 1991-ci il), sahəsi - 1048 kv. km;

* Xocalı ərazisi (26 fevral 1992-ci il), sahəsi - 940 kv. km;

* Şuşa ərazisi (8 may 1992-ci il), sahəsi - 289 kv. km;

* Xocavənd ərazisi (2 oktyabr 1992-ci il), sahəsi - 1458 kv. km;

* Ağdərə ərazisi (7 iyul 1993-cü il), sahəsi - 1705 kv. km;

* Kəlbəcər ərazisi (2 aprel 1992-ci il), sahəsi - 3050 kv. km;

* Laçın ərazisi (18 may 1992-ci il), sahəsi - 1883 kv. km;

* Ağdam ərazisi (23 iyul 1993-cü il), sahəsi - 1150 kv. km;

* Cəbrayıl ərazisi (23 avqust 1993-cü il), sahəsi - 1050 kv. km;

* Füzuli ərazisi (23 avqust 1993-cü il), sahəsi - 1390 kv. km;

* Qubadlı ərazisi (31 avqust 1993-cü il), sahəsi - 802 kv. km;

* Zəngilan ərazisi (29 oktyabr 1993-cü il), sahəsi - 707 kv. km;

* Qazax ərazisi (25 oktyabr 1992-ci il), 6 kənd, sahəsi - 669 kv. km;

* Ağstafa ərazisi (28 oktyabr 1992-ci il), 2 kənd, sahəsi - 60 kv. km.

Qeyd: Biz real, tarixi faktları üzə çıxarmaqda laqeydlik göstərdikcə, işğalçı Ermənistan və dünyadakı erməni lobbisi saxta tarix yaradıb həm real, həm də virtual dünyaya sırımaqda davam edəcək.

Sevil Hilalqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm