Tarix
Qatır Məmmədin erməni başkəsənləri - Araşdırmaçı alimdən ŞOK AÇIQLAMA
Ədalət Tahirzadə: “Şaumyanla birləşib erməniləri başına yığaraq Cumhuriyyətə qarşı üsyan etdi”
1918-20-ci illərdə mövcud olmuş Xalq Cumhuriyyəti dövrünün araşdırmaçısı Ədalət Tahirzadə Azərbaycan tarixində kifayət qədər tanınan, hətta barəsində dastan yazılan və film çəkilən silahlı birləşmə başçısı Qatır Məmməd haqqında sərt danışıb, onu fotolarla ermənilərlə iş birliyində suçlayıb.
Publika.az modern.az-a istinadən xəbər verir
ki, Ə.Tahirzadə Qatır Məmmədlə bağlı bunları deyib:
“Kimlərsə bu gün yenə Qatır Məmməddən "xalq qəhrəmanı" düzəltmək
istəyir! Şaumyanla birləşərək Cümhuriyyətimizə qarşı üsyan etmiş,
erməniləri başına toplayaraq bir çox bəylərimizin qanını axıtmış,
nəslini kəsmiş, var-dövlətini tar-mar etmiş bu Vətən və millət
xaininə tariximizdə yer yoxdur!!!
Buyurun, onun başına topladığı quldur dəstəsindəki ermənilərlə
tanış olun! Adlarını sıra ilə qeyd edirəm: Martiros Aruşanov,
Haykaz, Hamparsum Koçarov, Mixail Koçarov, Arşak Avakoviç
Qriqoryan, Santri Badalyan, Nazar Veliyan”.
Araşdırmaçı alim daha sonra daha bir neçə foto təqdim edərək onların izahını da verib:
“Bunlar da Qatır Məmmədin quldur dəstəsindəki adı müsəlman, özü
ermənidən daha qəddar olan başkəsənlərdir. Bunların hər birinə
Cümhuriyyət hökuməti Azərbaycan xalqına qarşı törətdikləri
cinayətlərə görə 30 il iş vermişdi. Adlarını sıra ilə yazıram: Dəli
Qara, Əli, Xankişi Məmmədov, İsa Namazov, Tapdıq Nəbiyev.
Sonralar sovet hokuməti bunları "inqilabçı" adlandıraraq göylərə
qaldırdı. Bu quldur dəstəsinin başqa "müsəlman" üzvləri də yaddan
çıxmasın: Abdulla, Allahverdi Qurbanov, Alxas İbrahimov, İdris
Şahverdiyev, Ağakişi Yusifov və digərləri...”.
Qeyd edək ki, Qatır Məmməd Gəncə bölgəsində məşhur qaçaq dəstəsinin
başçısı olub. Adam öldürdüyü üçün sürgün olunub, ancaq qaçaraq
bolşeviklərlə dostlaşıb. Yenidən həbs olunaraq sürgün olunsa da,
1917-ci il rus inqilabından sonra geri dönüb və öz dəsətəsi ilə
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı mübarizə aparıb.
Milli hökumətin hərbi naziri Fətəli xan Xoyskinin başçılıq etdiyi
dəstəyə ağır zərbə endirən Qatır Məmməd bölgədə varlıların
malikənələrini viran qoyub, dəmir yol hərəkətini pozub.
Qatır Məmməd ölkənin paytaxtı ilə Qərbini birləşdirən telefon,
teleqraf xətlərini dağıdıb sıradan çıxarıb, Bakı-Gəncə dəmiryolunu
partladıb ki, Fətəli Xan Xoyskinin başçılıq etdiyi Azərbaycan
ordusu Qarabağ, Zəngəzur, Göyçə və Gəncəbasar bölgələrində erməni
soyqırımına məruz qalmış köməksiz Azərbaycan türklərini erməni-rus
vəhşiliyindən qurtarmaq üçün həmin tərəfə hərəkət edə bilməsin.
Qatır Məmməd Cümhuriyyət hökumətinin qoşunu tərəfindən mühasirəyə
alınaraq öldürülüb. Azərbaycan milli hökumətinin ən qatı
düşmənlırindən olmuş Qatır Məmməd Sovet Azərbaycanı zamanında xalq
qəhrəmanı elan edilib, heykəlləri qoyulub, adına küçələr salınıb.
Haqqında kino çəkilib.
-
Dünya07:55"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...















.png)
















.jpg)


