“Xilafət” burada DİRİLDİLİR: yeni müharibə meydanı və AZƏRBAYCAN… - DƏHŞƏTLİ PLAN
Bizi izləyin

MDB

“Xilafət” burada DİRİLDİLİR: yeni müharibə meydanı və AZƏRBAYCAN… - DƏHŞƏTLİ PLAN

İŞİD Mərkəzi Asiyada “xəlifə” yaratmaq istəyir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Müstəqil Dövlətlər Birliyinin (MDB) Terrorçuluğa qarşı mərkəzinin rəhbəri, general-polkovniki Andrey Novikov deyib.

O bu haqda “İssik-Kul - Antiterror-2018” təlimləri çərçivəsində keçirilən MDB ölkələrinin təhlükəsizlik orqanları və xüsusi xidmət orqanlarının terrorçuluğa qarşı bölmələrinin rəhbərlərinin müşavirəsində bildirib.

Öz növbəsində, Qırğızıstanın baş nazirin müavini Jeniş Razakov qeyd edib ki, Mərkəzi Asiyada və MDB ölkələrində terror təhlükələri yalnız güclənir və uzunmüddətli xarakter daşıyır. O əlavə edib ki, terrorçuların vəziyyətin stabilliyini pozmaq üçün Əfqanıstanın şimalından regiona girməyə çalışması faktı xüsusi narahatlıq doğurur.

Hələ iyunda Federal Təhlükəsizlik Xidmətinin direktor müavini, Milli terrorçuluğa qarşı komitənin aparatının rəhbəri İqor Sirotkin bildirib ki, İŞİD ciddi itkilərə baxmayaraq, bütün dünyada sürünməyə davam edir və böyük təhlükə olaraq qalır.

Strateji planlaşdırma İnstitutunun direktoru, siyasi elmlər doktoru Aleksandr Qusevin sözlərinə görə, “İŞİD-in buynuzları” Yaxın Şərq və Mərkəzi Asiyanın bütün regionu üzrə praktik olaraq uzanıb.

Qeyd edək ki, İŞİD terror qruplaşmasının İraq və Suriyada aldığı hərbi məğlubiyyətlər cihadçıları taktikanı dəyişdirməyə məcbur edir. Qiymətləndirmələrə görə, yaxın perspektiv üçün terrorçuların bazası Əfqanıstana yerini dəyişə bilər. Hakimiyyətin radikalların öhdəsindən gələ bilmədiyi bu ölkədə terrorçuların fəaliyyəti üçün münbit şərait var.

Əfqanıstanda İŞİD-in mərkəzinin yaranması postsovet sərhədləri, xüsusilə Rusiya üçün təhlükə təşkil edir. Yeni ərazilərdə terrorçuların kontingentinin bir hissəsini etnik özbəklər təşkil edirlər. Mərkəzi Asiyadan gəlmələr 2017-ci ildə dəfələrlə Rusiyada terror aktlarına hazırlıqda ittiham olunaraq saxlanılıb.

Yaxın Şərq və Afrika üzrə rusiyalı ekspert Qriqoriy Lukyanov bildirib ki, postsovet məkanına coğrafi baxımdan yaxın olan Əfqanıstan İŞİD-in sağ qalmağı bacaran hissəsinin əsas mərkəzinə çevrilir.

“Bu ölkədə çıxılmaz vəziyyət yaranıb. Nə hakimiyyət, nə də Taliban onların rəqibi olan İŞİD-in öhdəsindən gəlmək üçün resurslara malikdir. “Xilafət”in tərəfdarları ölkənin müxtəlif hissələrində narkotrafik və qaçaqmalçılıq axınları üzərində nəzarəti təmin ediblər. Yaxın perspektivdə Əfqanıstanda İŞİD-i həm hərbi, həm də iqtisadi nöqteyi-nəzərdən heç nə hədələmir”, - Lukyanov qeyd edib.

Əfqanıstanda möhkəmlənmiş İŞİD bölməsi üçün cihadın beynəlmiləllşdirilməsi - etnik müxtəliflik və kənardan könüllülərin kütləvi cəlb edilməsi tipikdir. Tayfa əlamətləri ortaya çıxdığı üçün Taliban hərəkatında tez-tez parçalanmalar baş verir. Bu, İŞİD üçün xarakterik deyil. Təhlükəli tendensiya ondan ibarətdir ki, İŞİD-də mühüm yer tutan əfqan özbəkləri və taciklərin soydaşları keçmiş SSRİ ərazisində yaşayırlar. Bu kanal vasitəsilə “xilafət” tərəfdarlarının təsirinin Rusiyaya qədər uzana biləcəyi ilə bağlı təhlükə var.

İŞİD-in İraq və Suriyadan Mərkəzi Asiyaya “köçməsi” isə regiona yaxın olan Azərbaycan üçün də təhlükənin olduğunu deməyə əsas verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm