MDB
İldırımsürətli müharibə iki həftəyə başa çatacaq: Rusiyada DAĞIDICI SSENARİNİ AÇIQLADILAR
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvanın alınması üçün Kiyevin blitskriq (ildırımsürətli müharibə) başlatmalı olduğunu bildirən Ukrayna Ali Radasının sabiq deputatı və keçmiş prezident Viktor Yanukoviçin seçki qərargahının rəhbəri Taras Çernovola cavab verib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, siyasətçi sabiq deputata bunu edərkən artıq belə təcrübəyə malik olan Almaniya ilə məsləhətləşməyi təklif edib.
“Hansısa bir Ukrayna fəalı bəyanat verdi ki, Kiyev Moskvanı blitskriqlə almalıdır. Mən bu ideyanın müəlliflərinə Almaniya ilə məsləhətləşməyi məsləhət görərdim, onlar belə təcrübəyə malikdirlər. Həqiqətən, Almaniya blitskriqdən əvvəl Avropanın yarısını fəth etdi, o, sənaye cəhətdən ən inkişaf etmiş ölkələrdən biri idi. Onun üçün hər şey Moskvada deyil, Berlində bitdi. Düşünürəm ki, Ukrayna buna cəhd edərsə, hər şey Moskvada deyil, Kiyevdə bitəcək. Amma buna daha az vaxt gedəcək, dörd il deyil, maksimum iki həftə”, - Jirinovski “Telegram-kanal”da yazıb.

Qeyd edək ki, Taras Çernovol Ukraynanın son məqsədi Moskvanın tutulması olan blitskriq keçirməli olduğunu bildirib. Onun sözlərinə görə, Donbasdakı “xalq respublikaları”nda keçirilən seçkilərə Kiyevin cavab tədbirləri olmalıdır.
“Biz bu əraziləri yalnız bir səbəbdən ala bilmirik. Çünki blitskriqi Donetsk və ya Luqanskda deyil, Moskvada, Qırmızı Meydanda başa çatdırmaq lazımdır. Kiyev hələlik buna hazır deyil. Ona görə də diplomatik yollardan və sanksiya siyasətindən istifadə edir”, - Çernovol vurğulayıb.
Ömər Dağlı
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Sağlamlıq09:00Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO

























.jpg)







.jpg)

.jpg)