MDB
Putinə SÖZ VERDİLƏR: bu ərazilər qaytarılarsa...
Yaponiyanın baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putinə Kuril adalarının cənub hissəsinin Tokioya qaytarılması halında, bu ərazidə ABŞ-ın hərbi bazalarının yerləşdirilməyəcəyinə dair söz verib.
Publika.az xəbər verir ki, bu haqda yapon hökumətindəki mənbələrə istinadən “Asahi” nəşri bildirib.
Söhbət Xabomai və Şikotan adalarından gedir. 1956-cı ildə imzalanan SSRİ-Yaponiya birgə bəyannaməsində deyilirdi ki, Moskva sülh müqaviləsinin nəticəsindən sonra adaların Tokioya qaytarılması imkanına baxmağa razıdır.
2016-cı ilin sonunda Yaponiyanın Milli Təhlükəsizlik Şurasının baş katibi Syotaro Yati Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə konsultasiyalarda istisna etməyib ki, adaların Tokioya verilməsindən sonra orada ABŞ-ın bazası qurula bilər. Nəşr qeyd edir ki, bu bəyanat danışıqları əhəmiyyətli dərəcədə çətinləşdirdi. Bundan sonra Rusiya prezidenti ilə görüşlərdə Yaponiyanın baş naziri bir neçə dəfə bildirdi ki, Kurilin cənub adalarında Amerika bazaları olmayacaq.
Sentyabrın 12-də Putin Şərq iqtisadi forumunda Sindzo Abeyə sülh müqaviləsini bağlamağı təklif edib. Rusiya liderinin sözlərinə görə, müqavilənin mətnində ərazi mübahisələrinin nizama salınması üzrə Moskva və Tokionun cəhdlərini qeyd etmək olardı. Həmçinin, noyabrın 14-də Sindzo Abe Vladimir Putinlə görüşdə ümid etdiyini ifadə edib ki, iki ölkə ərazi məsələsini həll edəcək və sülh müqaviləsini imzalayacaq.
Ömər
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Sağlamlıq09:00Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO

























.jpg)







.jpg)

.jpg)