MDB
Bunu etsələr, Rusiya NATO gəmilərini batıracaq – Moskvadan TƏHDİD
“NATO-da anlayırlar ki, ittifaq gəmilərinin Azov dənizinə göndərilməsi hansı nəticələrə gətirib çıxara bilər”.
Publika.az xəbər verir ki, bu haqda Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov NATO gəmilərinin Azov dənizinə girəcəyi halda, Rusiyanın onları vurub-vurmayacağı barədə suala cavab olaraq “EurActiv” informasiya resursuna bildirib.
“Bu, əlbəttə, onların davranışından asılı olacaq, amma əminəm ki, NATO belə təhlükəli addıma cəhd edəcək qədər axmaq deyil”, - rusiyalı diplomat deyib.
O həmçinin qeyd edib ki, NATO gəmiləri nəzəri olaraq “dost səfəri” çərçivəsində həm Rusiya, həm də Ukraynanın icazəsi ilə gələ bilər.
“Rusiya çətin ki, belə səfərə razılığı verəcək”, - Çijov əlavə edib.

Daha əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko Almaniyanın “Bild” nəşrinə bildirib ki, Ukrayna Kerç boğazındakı hadisə ilə əlaqədar NATO gəmilərinin hadisə rayonuna göndəriləcəyinə bel bağlayır.
Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Məhkəmə 24 dənizçidən 15-i barədə həbs qəti-imkan tədbiri seçib.
Poroşenko ötən gün Rusiya rəhbərliyindən dənizçiləri və gəmiləri azad etməyi tələb edib. Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsi pozub.
Ömər
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
















.jpg)












.jpg)



.jpg)

