MDB
Ukrayna Rusiya ilə dostluq müqaviləsini LƏĞV EDİR
Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya Rusiya ilə dostluq və əməkdaşlıq müqaviləsinin ləğvi haqqında qanun layihəsini təqdim edib.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda parlamentin saytında deyilir.
Qeyd edək ki, Donbas və Krım məsələlərinə görə gərgin olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib.
Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz və beynəlxalq dəniz hüququnun pozulması adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsini pozub.
İki dövlət arasında imzalanan dostluq və əməkdaşlıq müqaviləsi 1997-ci ildə imzalanıb. Sənəd qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlığı, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörməti, mübahisələrin sülh yolu ilə nizamlanmasını, güc və ya iqtisadi də daxil olmaqla, təzyiqin başqa üsullarının tətbiq edilməməsini nəzərdə tuturdu.
Ötən həftə haqda Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin TSN telekanalının efirində bildirib ki, Ukrayna birtərəfli qaydada Rusiya ilə təxminən 40 müqaviləni pozmaq niyyətindədir.
Nazir son zamanlar Kiyevin artıq Moskva ilə 48 ikitərəfli razılaşmanı “öldürdüyü” deyib. Klimkin həmçinin vurğulayıb ki, Kiyev əslində Rusiyayla bütün ikitərəfli müqavilələrə yenidən baxır, çünki onun sözlərinə görə, 2014-cü ilə qədər bağlanmış razılaşmalar heç bir məna daşımır.
Ömər
-
Avropa07:47
Ukraynadakı münaqişə buna görə ALOVLANMADI - "2027-ci ildən sonra..."
-
Magazin106:16
"Bir az bəzənən kimi deyirlər "Kimisə var"" - VİDEO
-
Magazin105:15
Xumar Yerin peykinə klip həsr etdi - VİDEO
-
İdman03:13
“Mançester Siti” unikal "uğura" İMZA ATDI
-
Sosial02:12
Gələn il ehtiyac meyarı artırılır - Kimlərə sosial yardım veriləcək?
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU