MDB
Qəddafinin oğlu Putindən KÖMƏK İSTƏDİ
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Moskvada maliyyə və siyasi dəstək axtarır.
Publika.az xəbər verir ki, bu haqda Moskvadakı mənbəyə istinad edərək “Blomberg” agentliyi yazıb.
Agentlik bildirir ki, Vladimir Putinə ünvanlanan məktubu Seyf əl-İslamın nümayəndəsi dekabrın əvvəlində Rusiyanın Xarici İşlər Nazirliyinin müavini Mixail Boqdanova çatdırıb. Məktubda Liviyada vəziyyət üzrə Qəddafinin oğlunun fikirləri izah olunur və Moskvadan onun siyasi ambisiyalarını dəstəkləməyi xahiş edilir.
Mixail Boqdanov isə ”RİA-Novosti” agentliyinə bildirib ki, Qəddafinin oğlu Liviyada siyasi prosesin bir hissəsi olmalıdır.
Qeyd edək ki, Liviyanın birləşməsi üzrə seçkilər BMT-nin planına uyğun olaraq 2019-cu ildə keçirilə bilər.
Seyf əl-İslam Qəddafinin ikinci oğludur. O, 2018-ci il martın 19-da Liviyanın dövlət başçısı seçkilərinə öz namizədliyini irəli sürüb.
Ömər
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)






















.jpg)
.jpg)

