MDB
Putin hakimiyyətdə olduğu müddətdə… - SENSASİYALI İDDİA
İlhaq edilmiş Krımda Rusiyanın hərbi kontingenti Ukrayna kəşfiyyatının hesablamalarından iki dəfə çoxdur.
Publika.az xəbər verir ki, bunu Krım məsələləri üzrə ekspert, “BlackSeaNews” portalının baş redaktoru Andrey Klimenko “Apostrof” nəşrinə müsahibəsində deyib.
“Hesablamalarımıza görə, Krımda təxminən 60 min nəfərdən artıq hərbçi var. İqtisadçı kimi özümüzün hesablama üsullarımız var. Məsələn, mənzil, hərbi ipoteka proqramları kimi. Əminik ki, işğal dövründə Sevastopol əhalisinin çox böyük artımı baş verib. İşğal dövründə rəsmi olaraq qeydə alınmış yeni Sevastopol sakinlərinin sayı 14 faiz çoxdur. Bu, ehtimal ki, hərbi qulluqçuların ailələrinin üzvləri hesabına baş verib. Biz görürük və bilirik ki, Şimali Krımda Rusiya hərbçiləri üçün bütöv yeni yaşayış məskənləri meydana çıxır. Hesab edirik ki, indiki qiymətləndirilmə çox əhəmiyyətlidir, axı Krım yalnız Ukrayna üçün deyil, həm də Moldova, Rumıniya, Bolqarıstan və Gürcüstan üçün təhlükədir”, - ekspert bildirib.
Andrey Klimenko nüvə silahlarsız belə, Rusiyanın çox təhlükəli olduğunu vurğulayıb:
“2008-ci il gürcü müharibəsindən sonra Rusiya adi silahlar üzrə daha güclü oldu. Biz görürük ki, “Kalibr” raketi 2600 kilometrdə uçur və sürəti səs sürətindən bir neçə dəfə çoxdur. Hətta ABŞ-da belə raket yoxdur. Bu silahlar yalnız Suriyada yoxlanılmır. Donbasda həmçinin radio elektron sistemlər, lokatorlar və tanklar kimi yeni silah nümunələri yoxlanılır. Bütün bunlar döyüş meydanının silahlarıdır. NATO-nun Polşada, yaxud hansısa Baltikyanı ölkədə daha bir tank batalyonu yerləşdirməsi planlarına rusiyalılar gülürlər. Çünki bu nöqteyi-nəzərdən ki, Rusiya hər şeydə üstündür. Rusiyalıların gülməyi əbəs deyil, axı “DXR”də (Donbasda yaradılmış qondarma rejim –red.) Almaniyadan daha çox tank var. Vladimir Putin hakimiyyətinin olduğu müddətdə Qara dəniz regionunda sakit həyat olmayacaq. Və təəssüf ki, Krım bütün mümkün hərbi əməliyyatların mərkəzində olacaq”.
Ömər
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”




























.webp)










