MDB
Moskva Pxenyana raket texnologiyaları ötürüb? – Rusiyadan CAVAB
Şimali Koreyanın raket əleyhinə müdafiə üzrə Rusiya texnologiyalarını alması haqqında Pentaqonun bəyanatları əsassızdır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Pxenyandakı səfiri Aleksandr Maseqor bildirib.
“Vaşinqtonda artıq bilmirlər ki, Moskvanı daha nədə ittiham etmək olar, buna görə də növbəti yalanlar uydururlar. Eyni zamanda, belə şərəfsiz üsullarla beynəlxalq təhlükəsizlik sahəsində stabilliyi pozan siyasətinə bəraət qazandırmağa çalışırlar”, - səfirin bəyanatında deyilir.
Qeyd edək ki, ötən gün ABŞ-ın Müdafiə Nazirliyi raket əleyhinə müdafiə sahəsində ABŞ-ın siyasətinə dair məruzəni dərc edib. Məruzədə deyilir ki, Şimali Koreya raket əleyhinə müdafiə sahəsi üzrə Rusiya texnologiyalarını əldə edib və onların əsasında özünün raket hücumundan müdafiəsi üzrə şəxsi mobil vasitələrini hazırlayır.
Sənəddə Rusiya və Çinin raket sferası və antipeyk texnologiyaları sahəsindəki fəaliyyəti ABŞ üçün “çağırış və təhlükə” adlandırılıb.
Bundan başqa, Pentaqon Alyaskada “İdjis” raket hücumundan müdafiə üzrə 20 yeni raket sistemi, orbitdə raket ələ keçirən sistemləri yerləşdirməyi və yeni raket əleyhinə sistemləri hazırlamağı planlaşdırır.
Rusiya Pentaqonun məruzəsinə kəskin reaksiya verib. Dövlət Dumasının müdafiə komitəsinin üzvü İvan Teterin bildirib ki, ABŞ-ın belə planları Rusiyayla münasibətlərin gərginləşməsinin davamına imkan yaradır. O əlavə edib ki, Rusiyanın yeni qanadlı raketlər və hipersonik silah hazırlaması qoruyucu addımdır.
Öz növbəsində, senator Vladimir Cabarov qeyd edib ki, ABŞ Rusiyanı qızğın silahlanmaya itələyir, amma Moskva ABŞ-a cavab vermək üçün ən yeni silahlar yarada bilib.
Ömər
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”



























.webp)










