MDB
Minsk prosesindən imtina olunur və 1994-cü ildə imzalanan… - Ərazilərin QAYTARILMASI FORMULU
Ukrayna Budapeşt memorandumunun müzakirəsinə qayıtmalıdır.
Publika.az “Apostrof” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın “Batkivşina” partiyasının lideri, prezidentliyə namizəd Yuliya Timoşenko bildirib.
Onun sözlərinə görə, yeni dövlət başçısı Donbası və Krımı qaytarmalı olacaq. Siyasətçi qeyd edib ki, bu ərazilərdə əsl Ukrayna vətənpərvərləri yaşayır və onlar ərazilərin səbirsizliklə “düşmən”dən azad edilməsini gözləyirlər.
“Batkivşina” lideri hesab edir ki, Minsk formatında Donbas üzrə danışıqlar özünü bitirib və buna görə də yeni prezident Budapeşt memorandumunun müzakirəsinə qayıtmalıdır.
Timoşenko NATO-nun bütün standartlarına uyğun yeni ordunun yaradılmasını da əhəmiyyətli hesab edir. Onun sözlərinə görə, bunun üçün qərb partnyorlarının köməyi lazımdır.

Qeyd edək ki, ötən gün “Batkivşinı” partiyasının qurultayında Yuliya Timoşenkonun prezidentliyə namizədliyi irəli sürülüb. Son məlumatlara görə, keçmiş baş nazir seçki kampaniyasının mübahisəsiz lideridir. Son sorğulara əsasən, ukraynalıların 19,3 faizi ona səs verməyə hazırdır.
Siyasətçinin bəhs etdiyi Budapeşt memorandumu 1994-cü ildə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya arasında imzalanıb. Sənəd nüvə silahından imtinanın əvəzində Kiyevə təhlükəsizlik zəmanəti verib. Kiyev hesab edir ki, sənədə imza atan dövlətlərdən olan Rusiya Ukrayna ərazilərini ilhaq etməklə onu pozub.
Ömər
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
































.jpg)
