MDB
Poroşenkodan müharibə elanına BƏRABƏR İMZA
Ukrayna prezidenti Pyotr Poroşenko dövlətin konstitusiyasına dəyişikliklər haqqında qanunu imzalayıb.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, dəyişikliklər Ukraynanın NATO və Avropa İttifaqına üzvlük kursunu möhkəmləndirir.
Qeyd edək ki, 2014-cü ilin dekabrında Ukraynanın Ali Radası dövlətin neytral statusundan imtina edərək iki qanuna dəyişikliklər edib. 2016-cı ilin iyununda əlavə dəyişikliklərlə NATO-ya üzvlük ölkənin xarici siyasətinin hədəfi müəyyən edilib. Ukrayna 2020-ci ilə qədər öz silahlı qüvvələrini NATO ölkələrinin gücləri ilə tam uyğunluğunu təmin etməyə məcburdur.
Rusiya prezidenti Vladimir Putin dəfələrlə xəbərdarlıq edib ki, Ukraynanı və Gürcüstanı sıralarına daxil etməyə çalışan NATO belə siyasətin nəticələri haqqında düşünməlidir.
“Bizim həmkarlarımız vəziyyətin kəskinləşməsinə oynayırlar, həmçinin Ukrayna və Gürcüstanı NATO-nun hərbi orbitinə daxil etməyə çalışırlar. Belə məsuliyyətsiz siyasətin mümkün nəticələri haqqında düşünmək lazımdır”, - prezident hələ 2017-ci ilin iyulunda Rusiyanın daimi nümayəndələri və səfirlərinin müşavirəsində söyləmişdi.
Daha əvvəl Putin bildirib ki, Rusiya Gürcüstan və Ukraynanın NATO-ya girişinə son dərəcə mənfi yanaşır.
Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin başçısı Konstantin Kosaçev hesab edir ki, Avropa İttifaqı və NATO üzrə dövlət kursu haqqında qanun “Rusiyanın acığına” seçkiqabağı aktdır.
Ekspertlər güman edirlər ki, Kiyev ən yaxın 20 ildə NATO-ya üzvlüyə iddia edə bilməyəcək.
Ömər Dağlı
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
















.jpg)


















.jpg)
.jpg)

