Gülnarə Kərimova həbs olundu
Bizi izləyin

MDB

Gülnarə Kərimova həbs olundu

Özbəkistanın ilk prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub.

Publika.az xəbər verir ki, G.Kərimova Daşkənddə ümumi rejimli cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Onun barəsində seçilmiş ev dustaqlığı cəzası həbslə əvəzlənib.

Qeyd edək ki, Gülnarə Kərimova 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin onun cəzası sonradan yüngülləşdirilmiş və ev həbsi ilə əvəzlənmişdi. Onun evini tərk etməsinə, həmçinin, rabitə-kommunikasiya vasitələrindən istifadə etməsinə qadağa qoyulmuşdu. Lakin prezidentin qızı məhkəmənin qərarına əməl etməyib. Buna görə də o, həbsxanaya göndərilib.

Xatırladaq ki, Gülnarə Kərimova Özbəkistanda vergidən yayınmaqda, dövlət vəsaitlərini talan etməkdə, şantaj yolu ilə pul almada təqsirləndirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm