MDB
Buna heç vaxt icazə verməyəcəyik - Rusiya ilə Türkiyə arasındakı nifaq...
“Kimsənin Rusiya-Türkiyə münasibətlərinə nifaq salmasına icazə verməyəcəyik”.
Publika.az xəbər verir ki, bu sözləri Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.
BMT Təhlükəsizlik Şurasının toplantısında çıxış edən Nebenzya İdlib gərginliyi azaltma bölgəsindəki son proseslərə toxunub. Rusiyanın İdlibdəki insidentlərin sona çatması və gərginliyin azaldılması üçün Türkiyə ilə əməkdaşlığa davam edəcəyini bildirən daimi nümayəndə iki ölkənin liderləri, xarici işlər nazirləri, siyasi və hərbi qurumlarının daim təmasda olduğunu vurğulayıb.

Rəsmi Moskvanın kimsənin Rusiya ilə Türkiyə arasındakı münasibətlərə nifaq salmasına icazə verməyəcəyini dilə gətirən Nebenzya bu xüsusun Türkiyə və İranla siyasi prosesləri təşviq etdikləri Astana formatındakı əməkdaşlıq üçün keçərli olduğunu bildirib.
Qeyd edək ki, fevralın 5-də Bəşər Əsəd və Rusiyaya aid qüvvələr İdlibdə türk ordusunun mövqelərini atəşə tutmuş, nəticədə 8 əsgər şəhid olmuşdu.
Zümrüd
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Nida Xəbər 1 May 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 1 May 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial1 May 17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial1 May 17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
















.jpg)













.png)

.jpg)






