MDB
Rusiyadan SÜRPRİZ AÇIQLAMA: Türkiyə ilə üz-üzə gəlməyəcəyik
"Sentyabrın 29-da Soçidə baş tutan zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin öz qırmızı xətlərini və yeni dünya üçün "yol xəritəsi"ni cızdılar".
Publika.az "Haber 7"yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin müşaviri və ölkənin xarici siyasətini idarə edən nəzəriyyəçi Prof. Dr. Aleksandr Duqin deyib.
"Türkiyə və Rusiya artıq yeni bir yola qədəm qoydu və bu, regional dinamikadan başlayaraq bütün dünyaya təsir edəcək", - siyasətçi vurğulayıb.
Zirvə görüşünün görünməyən tərəflərindən danışan Duqin deyib: "O gün Ərdoğanla Putin dünya balansı baxımından hansı tərəfdə olacaqlarını müzakirə etdilər və qəbul etdikləri qərarı bölüşdülər. Kürd xəritəsindən Krıma, Əfqanıstandan Liviyaya, Qafqazdan Suriyaya qədər bütün sahələrə aid həyati məsələlərdə öz qırmızı xətlərini çəkdilər. Deyə bilərəm ki, İdlib başda olmaqla bir çox məsələdə razılığa gəldilər. Ancaq bu tarixi görüşdə söylənilənlərin əhəmiyyətli bir hissəsi sirr olaraq qalacaq. Yalnız sahədə nəticələrini görəcəyik".

Soçidə ən ciddi qarşıdurmanın Krımla əlaqədar olduğunu qeyd edən Duqin deyib ki, Rusiyanın bu mövzuda güzəştə getmə ehtimalı azdır:
"Rusiya Krımı öz ərazisi olaraq görür. Ukrayna ilə münasibətlərimiz Türkiyənin Yunanıstanla problemləri kimidir. Bizim türk-yunan məsələsinə qarışmadığımız kimi Türkiyə də Ukrayna ilə müzakirələrdə tərəf olmamalıdır. Əgər Türkiyə Krım iddiasından əl çəkərsə, Rusiya da KKTC-ni qanuni bir dövlət olaraq tanıyacaq".
"Bundan sonra Rusiya və Türkiyə hərbi və iqtisadi baxımdan bir daha üz-üzə gəlməyəcək. Rusiya Türkiyənin "Mavi Vatan" doktrinasını dəstəkləyir. Aralıq dənizindəki gücünü artıran Türkiyənin qazma işlərində də Liviya məsələsinin həllində də həlledici rol oynayır. Bu baxımdan Rusiya Türkiyənin güclənməsini dəstəkləyir", - Putinin müşaviri vurğulayıb.
Hüseyn
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”

























.webp)









