MDB
Putindən Qərb üçün yeni xammal tələsi? – - Alman qəzeti
Rusiya Prezidenti Vladimir Putin Boliviyanın köməyi ilə Qərb ölkələri üçün yeni xammal tələsi hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” qəzeti yazıb.
Məqalə müəllifi Boliviyanın dünyada ən böyük litium yataqlarına malik olduğuna diqqət çəkir. Jurnalistin sözlərinə görə, ölkə elektromobillərin istehsalında geniş istifadə olunan xammalın çıxarılmasında ona kömək edə biləcək biznes tərəfdaşları axtarır.
Müəllif Rusiyanın əsas namizədlərdən biri olduğuna əmin olduğunu bildirib.
“Məhz burada Putinin yeni xammal tələsi qapanmalıdır”, – qəzet yazır.
Məqalə məllifi əlavə edib ki, Moskva bu sahədə Boliviya ilə uğurlu tərəfdaşlıq qura bilsə, Avropa neft və qazla yanaşı Rusiyadan daha bir xammal asılılığına düşə bilər.
“Rusiya Boliviyadakı litium yataqlarına nəzarət edə bilsəydi, bu, müasir iqtisadiyyat üçün sözügedən xammalın əhəmiyyətinə görə onu çox əlverişli vəziyyətə salardı”, – yazıda qeyd olunub.
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO



































