MDB
Putindən HƏYƏCAN TƏBİLİ: "MDB hələ belə mürəkkəb təhlükələrlə üzləşməyib"
"İŞİD və digər terror qruplaşmaları Müstəqil Millətlər Birliyinin (MDB) ərazisinə soxulmağa çalışır".
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Dövlətlər Təşkilatının Təhlükəsizlik və Kəşfiyyat Qurumları Rəhbərləri Şurasının 51-ci iclasının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə deyib.
"Birlikdə təhdidlərdən söz düşmüşkən, İŞİD, Əl-Qaidə və digər terror qruplaşmalarının yaratdığı təhlükələr azalmır. Onlar MDB ölkələrinə nüfuz etməyə, sui-qəsd yuvaları yaratmağa çalışırlar və yaraqlı qrupların Əfqanıstanda, xüsusən də Mərkəzi Asiya respublikaları ilə sərhədlərə toplaşması, şübhəsiz ki, bu regiona təcavüz etmək üçün potensial təhlükə yaradır", - Rusiya lideri qeyd edib.
Putinin sözlərinə görə, nə bütövlükdə MDB, nə də onun ayrı-ayrı dövlətləri hələ belə mürəkkəb təhlükələrlə üzləşməyib.
"Bizim ümumi vəzifəmiz xalqlarımızı mümkün qədər onlardan qorumaq, MDB məkanında sabitliyi və sülhü möhkəmləndirmək, son onilliklərdə əsl tərəfdaşlıq münasibətlərinin nümunəsinə çevrilmiş qarşılıqlı faydalı inteqrasiya proseslərinin inkişafını davam etdirməkdir", - Rusiya lideri çağırış edib.
Rusiya Prezidentinin sözlərinə görə, bu gün bu problemlərin həlli üçün bütün qüvvə və vasitələri səfərbər etmək vacibdir:
"Və təbii ki, dəfələrlə şahidi olduğumuz kimi, toplanmış təcrübədən və əlaqələrdən tam istifadə etmək hər bir xidmətin potensialını və səmərəliliyini xeyli artırır".
Hüseyn İbadlı
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































