MDB
Putindən YENİ AÇIQLAMA: "Əlavə impulsa ehtiyac var"
“Regionda kommunikasiyaların açılması üçün üçtərəfli işçi qrupun fəaliyyətinə əlavə təkan vermək lazımdır”.
Publika.az xəbər verir ki, bu fikirləri Rusiyanın dövlət başçısı Vladimir Putin oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.
“Bu görüşün məqsədi, mənim başa düşdüyüm qədər, 2020 və 2021-ci illərdə əldə edilmiş bütün razılaşmalarımızın həyata keçirilməsini təmin etməkdir. Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin həllində mühüm rol oynayıb. İndi də bizim sülhməramlı kontingentimiz həyata keçirməli olduğu missiyasını yerinə yetirir. Bu qiymətləndirmənizə görə sizə minnətdaram”, - o vurğulayıb.
“Bu gün isə təbii ki, hazırda yaranmış vəziyyətdən danışmaq, indiyədək həll olunmamış məsələlərin həll yollarını axtarmaq lazımdır. Bununla bağlı iqtisadi baxımdan vacib məqamı qeyd etmək istərdim: biz üçtərəfli işçi qrup yaratmışıq, ona baş nazirin müavinləri rəhbərlik edir. İki il əvvəl haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, bu məsələ ilə bağlı da əlavə impulsa ehtiyac var. Bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir”, - V.Putin bildirib.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






















.jpg)

.jpg)














.jpg)