MDB
Belarusdan ŞOK QƏRAR: ölüm cəzası tətbiq ediləcək
Belarusda dövlətə xəyanətə görə ölüm cəzası tətbiq edə bilərlər.
Publika.az Rusiya KİV-nə istinadla xəbər verir ki, ölkə parlamentinin aşağı palatasının deputatları birinci oxunuşda müvafiq qanun layihəsinə səs veriblər. Sənəd Belarus Silahlı Qüvvələri haqqında saxta məlumatların yayılmasına görə cinayət cəzasının tətbiqini də nəzərdə tutur.
Xəyanətə görə ölüm
Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatları “Cinayət məsuliyyəti haqqında məcəllələrə dəyişiklik edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul ediblər. Sənədə əsasən, dövlətə xəyanətə görə məmur ölüm cəzasına məhkum edilə bilər.
Belarus Nümayəndələr Palatasının mətbuat xidmətinin məlumatına görə, “qanun layihəsində Cinayət Məcəlləsinin 356-cı maddəsinin ikinci hissəsinin sanksiyasına düzəlişlər təklif olunur” – Dövlətə xəyanət. Yeniliklər “dövlət vəzifəsini tutan vəzifəli şəxs və ya hərbi qulluqçu statusuna malik şəxs tərəfindən dövlətə xəyanətə görə ölüm cəzası şəklində müstəsna cəza tədbirinin tətbiqi imkanını” nəzərdə tutur.
“Bununla bağlı Cinayət Məcəlləsinin 58 və 59-cu maddələri (“Ömürlük azadlıqdan məhrum etmə” və “Ölüm cəzası”) da uyğunlaşdırılır”, - məlumatda deyilir.
Mətbuat xidməti onu da qeyd edib ki, qanunvericiliyə “dağıdıcı elementlərə qarşı çəkindirici təsir göstərmək, habelə dövlətə xəyanətə qarşı qətiyyətli mübarizə nümayiş etdirmək” məqsədilə dəyişikliklər edilir.
Hüseyn İbadlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































