MDB
Bu türk dövlətində yeni hərbi xidmət növü tətbiq edilir
2025-ci ildə Qazaxıstan hakimiyyəti yeni hərbi xidmət növünü tətbiq etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Bildirilir ki, bu xidmət növü hərbi komissarlıqları cəlb etmədən birbaşa səfərbərliyə imkan verəcək.
Qazax deputat Ermurat Bapi yerli KİV-ə bildirib ki, bu qanun layihəsinin qəbulu Qazaxıstan Silahlı Qüvvələrinin əlavə komplektləşməsi zərurəti ilə bağlıdır.
O iddia edir ki, bu qanun qəbul olunarsa, ölkədə hərbi komissarlıqlar vasitəsilə deyil, birbaşa səfərbərlik olacaq. Bapi qeyd edib ki, əgər hərbi qulluqçu ehtiyatdadırsa, həyəcan siqnalı günü, müharibə şəraitində və ya hər hansı bir təhlükə yarandıqda, çağırılmadan dərhal əvvəl təlim keçdiyi hərbi hissəyə gələ və orada döyüş tapşırığını yerinə yetirməyə başlaya bilər.
Parlamentarinin sözlərinə görə, qanun qəbul olunarsa, Qazaxıstan ordusunun qısa müddətdə silahlanmasına imkan verəcək. O, 50 yaşınadək respublika vətəndaşlarının (əsgər və çavuşlar) və 60 yaşınadək zabitlərin könüllülük əsasında xidmətə qəbul olunacağına aydınlıq gətirib.
Tural
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz
-
Elm və təhsil21 Aprel 23:48Ölkə ikincisi Aylin uğurun SİRRİNİ AÇIQLADI
-
MDB21 Aprel 23:24Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
-
Elm və təhsil21 Aprel 22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq
-
Magazin121 Aprel 21:12Vüsalənin "BREND" SEÇİMLƏRİ - Bir gecəlik görünüşün qiyməti neçəyədir?
-
Hadisə21 Aprel 21:00Bakı metrosunda bədbəxt hadisə - Ölən var
-
Ekologiya21 Aprel 19:36Kür və bəzi dağ çaylarında vəziyyət necədir?



































