Nüvə sualtı gəmisinin komandiri bu qədər məvacib alırmış
Bizi izləyin

MDB

Nüvə sualtı gəmisinin komandiri bu qədər məvacib alırmış

Son illərdə Rusiya Hərbi Dəniz Qüvvələrində əmək haqqı artıb və nüvə sualtı gəmisinin komandiri ayda 400 min rubl ( təxminən 72 min manat) məvacib alır.

Publika.az xəbər verir ki, bu məlumatı "RİA Novosti" yayıb.

Qeyd olunub ki, dizel sualtı qayığının ikinci dərəcəli kapitan rütbəli komandiri ayda 300 min rubla (54 min manat) qədər maaş alır. Bununla belə, bu vəziyyətdə əmək haqqı sualtı qayığın əməliyyat istifadə dərəcəsindən asılıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl bildirilib ki, “Loşarik” kimi tanınan AS-31 xüsusi təyinatlı nüvə sualtı qayığı Sevmaşda təmir işləri başa çatdıqdan sonra 2024-cü ilin yayın əvvəlində sınaqlara başlayacaq. Gizli nüvə sualtı qayığında baş verən qəza ilə əlaqəli təmirdən sonra Loşarik altı min metrə qədər dərinliyə dalma qabiliyyətini saxlayacaq. Həmçinin yanvar ayında 2024-cü ildə 12 suüstü gəminin Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi gözlənilir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm