Səudiyyə Ərəbistanını ballistik raketlərlə vurmaq istədilər
Bizi izləyin

Yaxın Şərq

Səudiyyə Ərəbistanını ballistik raketlərlə vurmaq istədilər

Səudiyyə Ərəbistanını ballistik raketlərlə vurmaq istədilər

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya iki ballistik raketi uğurla zərərsizləşdirib. Raketlər “Ənsar Allah” hərəkatı (husilər) tərəfindən krallığın Şərq vilayəti istiqamətində buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi koalisiya qüvvələrinin nümayəndələrinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, koalisiya komandanlığı Yəmən üsyançılarının Şərq vilayəti istiqamətində buraxdığı iki ballistik raketin ələ keçirildiyini və sonradan məhv edildiyini rəsmən təsdiqləyib.

Qeyd edək ki, ötən yay Səudiyyə Ərəbistanı və Yəmən üsyançıları dördillik fasilədən sonra qarşılıqlı zərbələri bərpa ediblər. Gərginliyin artmasına “Ənsar Allah” hərəkatının krallığın limanlarını blokadaya aldığını elan etməsi səbəb olub. Bu addım husilərdən ibarət nümayəndə heyətinin göyərtəsində olduğu İrandan gələn mülki təyyarənin enişi zamanı Səna hava limanının atəşə tutulmasına cavab olaraq atılıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm