Rusiyada “miqrant ovu” başladı: Kimləri saxlayırlar?
Bizi izləyin

MDB

Rusiyada “miqrant ovu” başladı: Kimləri saxlayırlar?

Moskva vilayətinin Elektrostal şəhərindəki “Wildberries” anbarında Rusiyada qalma qaydalarını pozan miqrantlar saxlanılmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalında məlumat verilib.

Bildirilir ki, reyd zamanı Rusiya Qvardiyası və polis artıq ondan çox bazar işçisini saxlayıb. İnternetdə yayımlanan görüntülərdə binanın yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşlarının xidmətdə olduğu görünür.

“Wildberries” əməkdaşları qeyd ediblər ki, əməliyyatçılar kimin hərbi qeydiyyatda olduğunu və kimlərin çağırışdan yayındığını yoxlayır. Kişilərdən hərbi bilet və digər sənədlər tələb olunur.

Bundan əvvəl Dövlət Dumasının deputatı Svetlana Bessarab Rusiya Daxili İşlər Nazirliyini “Crocus City Hall”da baş verən terror aktından sonra miqrantlar üzərində nəzarəti gücləndirilməyə çağırmışdı.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm