MDB
İyulun 1-dən dövlət dəstəyi ilə ipoteka dayandırılacaq - Kirayə evlərə tələbat artacaq
![](https://publika.az/storage/2016/09/27/ipoteka.jpg?v1719770328)
Dövlət dəstəyi ilə ipoteka kreditlərinin ləğvi və digər güzəştli ipoteka proqramlarına düzəlişlər kirayə mənzillərə tələbatın yeni mərhələsinə gətirib çıxaracaq.
Publika.az aif.ru-ya istinadən xəbər verir ki, maliyyə eksperti Mariya Kuznetsova alıcılar üçün keyfiyyətli ev icarəyə götürməyin öz evinə kredit ödəməkdən daha sərfəli olacağına əminliyini bildirib.
Qeyd edək ki, iyulun 1-dən Rusiyada dövlət dəstəyi ilə ipoteka dayandırılacaq və “ailə ipotekası”na dəyişiklik ediləcək. Artıq bir sıra banklar digər güzəştli ipoteka proqramlarının başa çatdığını açıqlayıb. Odur ki, yaxın gələcəkdə mənzili əsasən illik təxminən 18 faiz bazar məzənnəsi ilə almaq mümkün olacaq. Bu baxımdan, potensial ev alıcıları yenidən kirayəyə diqqət yetirirlər.
Mariya Kuznetsova hesab edir ki, dövlət bu sahənin tənzimlənməsində daha fəal iştirak edəcək. “Hazırda hökumət səviyyəsində kirayə evlərin tikintisinin dəstəklənməsi ilə bağlı danışıqlar gedir. Kirayə ev tikəcək şirkətlərə vergi güzəştləri verməyi planlaşdırırlar”, - deyə o əlavə edib.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Sosial20:48
Avtobus və metroda gediş haqqı 50 QƏPİK OLDU
-
İdman20:36
İngiltərə - Slovakiya matçında hesab açıldı - YENİLƏNİR
-
Enerji20:27
"Aİ 92"i nə qədər bahalaşıb? - YENİ QİYMƏT
-
Sosial19:36
Faciəvi qəzada ölən müəllimin FOTOSU
-
Magazin119:00
Xatirə yenə təəccübləndirdi: "Bu da toydan fotolar"
-
Region18:22
Türkiyədə dəhşətli partlayış: 5 nəfər öldü, 63 nəfər yaralandı - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin217:10
20 gün əvvəl boşanan aktyor yeni sevgilisi ilə FOTOLARINI PAYLAŞDI
-
İdman16:00
Messi 14 ildə ilk dəfə bunu bacarmadı