MDB
Eks-nazir türmədən qaçıb? - Qazaxıstan DİN MƏLUMAT YAYDI
Qazaxıstan Daxili İşlər Nazirliyinin Cinayət-İcra Sistemi Komitəsi respublikanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin koloniyadan qaçması ilə bağlı internetdə yayılan məlumatı təkzib edib.
Publika.az xəbər verir ki, bu barədə KazTAG agentliyi məlumat yayıb.
"Sosial şəbəkələrdə məhkum Bişimbayevin qaçması ilə bağlı yalan məlumatlar yayılır", - komitənin məlumatında deyilir.
İdarədən verilən məlumata görə, sabiq milli iqtisadiyyat naziri cəzasını “maksimum təhlükəsizlik” müəssisəsində çəkir. Komitə əlavə edib ki, dezinformasiyanın yayılması ilə əlaqədar artıq cinayət işi açılıb və təqsirkarlar “məsuliyyət qarşısına çıxarılacaq”. Departament yalnız rəsmi mənbələrdən gələn məlumatlara etibar etməyə çağırıb.
Xatırladaq ki, noyabrın 10-da jurnalistlər Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayevin məhkəmə hökmündən sonra olması lazım olan koloniyada olmadığını aşkar ediblər .
Mayın 13-də məhkəmə Bişimbayevi 24 il müddətinə azadlıqdan məhrum edib. İstintaqın məlumatına görə, o, əvvəlcə arvadı Səltənət Nukənovanı döyüb, sonra isə onu boğmağa başlayıb. Nəticədə o, ciddi xəsarətlər alıb.
Hüseyn İbadlı
-
Ekologiya23:15Əhaliyə fevral ayı ilə bağlı XƏBƏRDARLIQ - Bu ərazilərdə yaşayanların diqqətinə!
-
ABŞ22:52ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edildi
-
Ekologiya21:41Bu gecə səmada qeyri-adi hadisə müşahidə olunacaq
-
Magazin221:27"Apokalipsis" filminin aktyoru yenə həbs edildi - Bu dəfə...
-
Sosial21:13Cavanşir Yusifov şadlıq sarayı aldı
-
Elm və təhsil20:44Direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı
-
Ekopublika.az19:25Azərbaycanda kimlərin maaşı ARTACAQ? - YENİLİK
-
Magazin118:55Gecə zəng etdi ki, uşağım acından ağlayır... - Ağadadaş Ağayev açıqlamaları ilə gündəm oldu






















.jpg)











