MDB
Rusiyadan Ərdoğanın “bir mən, bir Putin...” sözlərinə reaksiya
Rəsmi Moskva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada yalnız onun və Rusiya Prezidenti Vladimir Putinin təcrübəli liderlər olması barədə açıqlamasına münasibət bildirməyi düzgün hesab etmir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “NEWS.ru”nun müvafiq sualını cavablandırarkən bildirib.
Diplomat vurğulayıb ki, Rusiya tərəfi dost ölkələrlə münasibətlərini qoruyur.
“Ölkəmiz dost ölkələrdən olan həmkarlara və liderlərə hörmət edir, dialoqu davam etdirir, əlaqələri inkişaf etdirir, mütəmadi olaraq təmaslar təmin edilir. Lakin Türkiyə Prezidentinin bəyanatını şərh etməyi düzgün hesab etmirik, bu Türkiyə tərəfinin işidir”, - Zaxarova deyib.
Xatırladaq ki, daha əvvəl Ərdoğan Qaziantep vilayətində gənclərlə söhbəti zamanı özünün və Rusiya Prezidenti Vladimir Putinin uzun müddətdir siyasi səhnədə olmaqla dünyada yeganə təcrübəli liderlər olduğunu söyləmişdi.
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu


















.webp)













.jpg)
.jpg)


