Nazir Elşən Hüseynova yüksək vəzifə verdi
Bizi izləyin

İdman

Nazir Elşən Hüseynova yüksək vəzifə verdi

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə yeni rəis təyin edilib.

Publika.az xəbər verir ki, Gənclər və İdman naziri Fərid Qayıbovun əmri ilə sözügedən vəzifəyə Elşən Hüseynov təyin olunub.

Yeni rəis daha əvvəl Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri olub.

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev bir neçə gün əvvəl vəzifəsindən azad edilib. (“Qafqazinfo”)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm