Nida Xəbər
Azərbaycan və Pakistan deputatlarının onlayn görüşü keçirildi
Milli Məclisin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarov və Pakistan Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Syed Raza Əli Gillani arasında videokonfrans formatında görüş keçirilib.
Publika.az xəbər verir ki, Kəmaləddin Qafarov dövlətlərimiz arasındakı qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, Prezident İlham Əliyevin ölkələrimiz arasında strateji əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Qeyd olunub ki, 2025-ci il noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Pakistanın Baş nazirinin iştirakı ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin bariz nümunəsi olub. Bildirilib ki, Azərbaycan və Pakistan arasında parlamentlərarası, siyasi və iqtisadi sahələrlə yanaşı, dövlət xidmətləri istiqamətində də səmərəli əməkdaşlıq mövcuddur. Pakistanda “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması bu sahədə uğurlu tərəfdaşlığın göstəricisi kimi dəyərləndirilib.
Pakistanlı parlamentari Syed Raza Əli Gillani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda Pakistan nümayəndə heyətinin iştirakını xüsusi vurğulayıb. Bildirilib ki, dövlətlərimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.
Onlayn görüşdə iştirak edən Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Elşən Musayev, Ceyhun Məmmədov, Arzu Nağıyev, Azərbaycanla dostluq qrupunun üzvləri Sehar Kamran, Syeda Amnah Batool, Muhammad Moin Aamer Pirzada , eləcə də hər iki ölkənin səfirləri Qasım Mohiuddin və Xəzər Fərhadov ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikirlərini bölüşüblər.
-
Hadisə21:24“Ev cəhənnəmə yansın, yoldaşımla nəvəmi son anda çıxarıblar” - VİDEO
-
Magazin121:12Dilarə Kazımovadan açıq-saçıq pozalar - FOTO
-
İdman20:48Nazir Elşən Hüseynova yüksək vəzifə verdi
-
Hadisə19:36Bakıda yaşayış binasındakı yanğın məhdudlaşdırıldı - YENİLƏNİR
-
Avropa19:00Makron ictimaiyyət qarşısına görün nə halda çıxdı - Xanımı vurub?
-
Sağlamlıq18:48Qış depressiyasından necə xilas olmaq olar? - SADƏ ÜSULLAR
-
Dünya17:26Putindən böyük dəstək gəldi: Türkiyə üçün yeni dövr başlayır
-
Sosial17:22Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

















.jpg)


















