Avropa
Makron ictimaiyyət qarşısına görün nə halda çıxdı - Xanımı vurub?
Fransa Prezidenti Emmanuel Makron ölkənin Silahlı Qüvvələri qarşısında çıxışı zamanı sağ gözünün qızarmış və iltihablı olması ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
“Buna sadəcə ilin əvvəlindəki ‘pələng gözü’ hadisəsinə istəmədən edilmiş bir işarə kimi baxın. Bunu anlayanlar üçün isə bu, qətiyyət rəmzidir”, - Makron bildirib.
O, eyni zamanda gözünün sağlam olduğunu qeyd edib.
Fransa liderinin çıxışından sonra sosial şəbəkələrdə istifadəçilər zarafatla onun həyat yoldaşı ilə yenidən mübahisə etdiyini və məişət zorakılığına məruz qaldığını irəli sürüblər.
Xatırladaq ki, ötən ilin mayında Vyetnama səfər zamanı çəkilən videoda Emmanuel Makronun təyyarənin içində həyat yoldaşı Bricit Makron tərəfindən sillə ilə vurulduğu anlar əks olunmuşdu. Daha sonra Yelisey Sarayı görüntülərin həqiqiliyini təsdiqləmişdi.
Qeyd edək ki, “İlin əvvəlindəki “pələng gözü” hadisəsi” ifadəsi Emmanuel Makronun 2024-cü ilin əvvəlində mediada və sosial şəbəkələrdə müzakirə olunan gözündəki göyərmə/iltihablı görüntüyə verilən qeyri-rəsmi addır.
Həmin vaxt Makronun sağ gözünün qızarmış və zədələnmiş kimi görünməsi sosial mediada “pələng gözü” (fransızca œil de tigre) kimi istehzalı adlandırılmışdı.
Bəzi istifadəçilər bunu sərtlik, dözümlülük və qətiyyət simvolu kimi yozur, digərləri isə şəxsi həyatına dair şayiələr irəli sürürdü.
Hüseyn İbadlı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)




















