MDB
Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
Rusiya Federasiyası Hökuməti Norveç, İsveç və Finlandiya ilə Barents bölgəsində qarşılıqlı əlaqəni tənzimləyən müqavilələrə xitam vermək qərarına gəlib.
Publika.az xəbər verir ki, qərarı baş nazir Mixail Mişustin təsdiqləyib.
“Rusiya Federasiyası Hökuməti, Norveç Krallığı Hökuməti, Finlandiya Respublikası Hökuməti və İsveç Krallığı Hökuməti arasında beynəlxalq Barents Katibliyinin yaradılması haqqında saziş ləğv edilsin”, - sənəddə deyilir.
Qeyd edək ki, söhbət 2007 və 2008-ci illərdə imzalanmış iki sazişin ləğvindən gedir. Birinci saziş Beynəlxalq Barents Katibliyinin yaradılması, ikincisi isə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında idi. Katiblik 15 noyabr 2007-ci ildə Finlandiyanın Rovaniemi şəhərində yaradılıb. Onun əsas məqsədi şimal ərazilərinin davamlı inkişafına kömək etmək və regional əməkdaşlığı gücləndirmək idi.
Xatırladaq ki, 2008-ci il dekabrın 11-də Moskvada imzalanmış ikinci saziş fövqəladə hallar zamanı Barents Avro-Arktika Şurasının (BEAC) üzv ölkələri arasında qarşılıqlı fəaliyyət prosedurunu müəyyən edib.
Rusiya Xarici İşlər Nazirliyi Şuranın fəaliyyətinin Qərb dövlətlərinin davranışı ilə çətinləşdiyinə diqqət çəkib. Bundan əlavə, Finlandiyanın sədrliyi Rusiyaya təhvil verməyə hazır olduğunu təsdiqləmədiyi, bunun rəhbərliyin dəyişməsi prinsipini pozduğu və hazırlıqlara mane olduğu qeyd edilib.
Bu günlərdə məlum olub ki, Rusiya ilə ABŞ arasında danışıqlar çətin dövr yaşayır. Prezident Tramp bildirib ki, yaxın həftələr və ya hətta günlər ərzində Ukraynadakı münaqişənin həllində “əhəmiyyətli irəliləyiş” əldə olunmasa, Vaşinqton kənara çəkilə bilər.
Eyni zamanda, Donald Tramp danışıqların dalana dirənəcəyi təqdirdə ABŞ-ın Ukraynaya hərbi dəstəyini davam etdirib-etdirməyəcəyi ilə bağlı açıqlama verməyib.
Adəm
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI















.jpg)



.jpg)







.jpg)





.png)




