MDB
İş axtaran azərbaycanlılara xoş xəbər: Lukaşenko çağırır
Belarus prezidenti Aleksandr Lukaşenko əmək bazarında qıtlığın qarşısını almaq üçün xarici işçi qüvvəsinin cəlb edilməsinin vacibliyini bəyan edib.
Publika.az "BELTA"ya istinadən xəbər verir ki, o, bu barədə kadr məsələləri üzrə müşavirədə bildirib.
"Bütün dünyada olduğu kimi, Asiya və Afrikanın bəzi ölkələri istisna olmaqla, bizdə də işçi çatışmazlığı var", - Lukaşenko qeyd edib.
O, vəziyyətin kritik olmadığını, lakin buna göz yuma bilməyəcəyinə aydınlıq gətirib. Bununla əlaqədar hakimiyyət orqanları ilk növbədə keçmiş SSRİ ölkələrindən olan miqrantları daha fəal şəkildə cəlb etmək qərarına gəlib.
Belarus lideri vurğulayıb ki, respublika fəal kampaniya aparmır, lakin bir çox əcnəbilərin özləri Belarusda işləmək arzusunu ifadə edirlər. Eyni zamanda, kadrların seçilməsində əsas rolu müəssisələr oynamalıdır.
"Onları işə götürün, onlarla müqavilə bağlayın, işləyin”, - deyən Lukaşenko dövlətin bu məsələdə biznesi məhdudlaşdırmayacağını bildirib.
Adəm
-
Yaxın Şərq11:38Çıxılmaz vəziyyət: İranın gözlənilməz gedişi ABŞ-ın gizli planını alt-üst etdi
-
Dünya10:35Paşinyan xalqa Azərbaycanla bağlı çağırış etdi
-
MDB09:54Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
-
Dünya09:18Məşhur uşaq qidasında siçan zəhəri tapıldı: Azərbaycanda da satılır - FOTO
-
Rəsmi xronika09:02İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi
-
İdman08:24Ronaldonun 969-cu qolu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
ABŞ05:45ABŞ-da təyyarə evə çırpıldı - Ölən var







































